Modern.az

Bu gündən yeni Şengen qaydaları qüvvəyə minir

Bu gündən yeni Şengen qaydaları qüvvəyə minir

5 Aprel 2010, 09:46

Bu gündən Şengen zonası ölkələri üçün yeni viza məcəlləsi qüvvəyə minir. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, yeni qaydalar Şengen müqaviləsinə daxil olan ölkələr üçün məcburi xarakater daşıyır. Yeni məcəllənin  tətbiqində məqsəd vizaların hansı ölkədəki konsulluq vasitəsi ilə rəsmiləşdirilməsindən asılı olmayaraq vizaların verilməsi prosedurunun vahid qaydaya salınmasıdır.

 

Beləliklə də Şengen vizalarının baxılması üçün 10 gün müəyyən olunur. Əgər hər hansı ölkə viza verməkdən imtina edərsə, onda bu cür qərarın səbəbini izah etməlidir. Yeni qaydlara əsasən artıq  Şengen zonasına daxil olan Avropa Birliyi ölkələri öz qanunvericiliklərində dəyişiklik etməli olacaqlar. Xatırladaq ki, Şengen vizaları hazırda 3 ay müddətinə 60 avroya verilir. 6-12 yaş uşaqlar üçün bu rəqəm 35 avrodur. Qiymət dəyişikliyi Rusiya, Ukrayna və AB ilə sadələşdirilmiş viza rejmi barədə müqaviləsi olan digər ölkələrə aid deyil.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı