Modern.az

Rusiyanı Azərbaycanla birləşdirən dəmiryolu bərpa olunur

Rusiyanı Azərbaycanla birləşdirən dəmiryolu bərpa olunur

5 Aprel 2010, 10:21

Dağıstanda Rusiyanı Azərbaycanla birləşdirən dəmir yolu xətti bərpa olunur. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dünən baş vermiş terror aktından sonra sıradan çıxmış  dəmiryolunda bərpa işləri davam edir. Bazar günü axşama qədər yalnız yolun bir hissəsini təmir etmək mümkün olub. Rusiyadan gələn qatarların Azərbyacana hərəkəti təmin olunub. Bu gün isə ikinci yolun bərpasına başlanılıb.

Xatırladaq ki, Dağıstanın Qayakənd rayonunda dəmiryolunda baş vermiş partlayış nəticəsində Azərbaycandan Rusiya və əks istiqamətdə qatarların hərəkətində fasilə yaranıb. Rusiya xüsusi xidmət orqanları hadisəni terror aktı kimi qiymətləndirib. Partlayışın gücü 5 kq trotil ekvivalentinə bərabər olub.

Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki,  hazırda Moskva metrostansiyalarındakı terror aktları ilə Dağıstandakı dəmiryolu xəttindəki partlayış arasında əlaqənin olub-olmadığı müəyyən olunur.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir