Modern.az

İbrahim Tatlısəs sənəti buraxır

İbrahim Tatlısəs sənəti buraxır

5 Aprel 2010, 10:35

Türkiyənin “imperator” ləqəbli ünlü müğənnisi İbrahim Tatlısəs musiqini tərk edir.  Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Tatlısəs bu barədə  Özbəkistanda qastrol səfərində fanatları qarşısında çıxışında bildirib. İbo 5 ildən sonra musiqini buraxacağını deyib.  Məlumata görə, İbo konsertdən sonra hönkür-hönkür ağlayıb.   Ölkənin ən böyük mədəniyyət mərkəzi  İstiqlal Sarayında 4 min tamaşaçı qarşısında  çıxış edən İbo “artıq musiqi ilə vidalaşmaq zamanı yaxınlaşıb” deyib. Müğənni hər şeyin bir sonu olduğunu və çox sevdiyi müsiqini 5 il sonra buraxacağını bildirib. “40 ildir səhnədəyəm; daha 5 il artıq kifayətdir”,-deyən Tatlısəs göz yaşlarına hakim ola bilməyərək səhnədə ağlayıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər