Modern.az

İşğal olunmuş rayonların qadın əhalisi kişilərdən çoxdu

İşğal olunmuş rayonların qadın əhalisi kişilərdən çoxdu

5 Aprel 2010, 12:20

Ermənistanın işğal etdiyi rayonlardan olan əhali arasında təbii artım aşağı düşüb. Ekspertlər deyirlər ki, işğal olunmuş rayonlarda əhalinin təbii artımının aşağı düşməsinin başlıca səbəbləri yaşayış şəraitinin pisləşməsi. sosial və iqtisadi şəraitin ağır olması, dağ və dağətəyi zonalardan gələn sakinlərin düzən yerlərdəki isti iqliminə uyğunsuzluğu, mənzil problemi, xəstəliklər və s-dir. Dövlət Statistika Komitəsinin məlumatına görə, indi işğal olunmuş bütün rayonlar üzrə qadınların sayı kişilərin sayından çoxdur.

Dövlət Statistika Komitəsi tərəfindən ötən ilin aprelində həyata keçirilən əhalinin siyahıyaalınmasının ilkin nəticələrinə görə, 2009-cu ilin əvvəlinə Xankəndi şəhəri üzrə azərbaycanlıların sayı 55 min nəfər təşkil edib. Ağdam rayonu üzrə əhalinin sayı 174.6 min, Füzuli rayonu üzrə 111.9 min, Cəbrayıl rayonu üzrə 70.3 min, Xocalı rayonu üzrə 25.8 min, Xocavənd rayonu 41.5 min, Şuşa rayonu 28.3 min, Kəlbəcər rayonu 77.6 min, Qubadlı rayonu 37.4 min, Laçın rayonu 72 min, Zəngilan rayonu 39.1 min nəfərdir. 2009-cu ilin aprelində həyata keçirilən əhalinin siyahıyaalınmasının ilkin nəticələri göstərib ki, işğal olunmuş bütün rayonlarda qadınların sayı  kişilərin sayından çoxdur. Bu, həmin rayonlarda gedən müharibə zamanı kişilərin daha çox ölməsi ilə əlaqədardı. Rəsmi statistikaya görə, Xankəndi üzrə azərbaycanlıların 27 mini kişi, 28 mini qadındı. Ağdam əhalisinin 80 min nəfərini kişilər, 93.8 min nəfərini qadınlar təşkil edir. Cəbrayıl rayonu üzrə əhildən 30,7 mini kişi, 39,6 mini qadındı. Füzuli əhalisinin 50.7 min nəfərini kişi, 61.2 min nəfərini qadın təşkil edir. Xocalıda əhalinin 9.6 mini kişilər, 16,2 mini qadınlardı. Şuşa əhalisnin isə 13.5 mini kişi, 14,8 mini qadındı. Kəlbəcər üzrə 34.2 min kişi, 43.4 min qadın,  Laçın üzrə 31.5 min kişi, 40.5 min qadın, Qubadlı üzrə 15.5 min kişi,  21.9 min qadın,  Zəngilan üzrə 15.8 min kişi, 23.3 min qadın yaşayır. Xatırladaq ki, bu statistika 2009-cu ilin aprelində həyata keçirilən əhalinin siyahıyaalınmasının ilkin nəticələri əsasında məlum olub. Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!