Modern.az

Rusiya hökuməti Telman İsmayılovun təklifini qəbul etdi

Rusiya hökuməti Telman İsmayılovun təklifini qəbul etdi

Təhsil

5 Aprel 2010, 13:09

st1:*{behavior:url(#ieooui) }

Rusiyalı iş adamı azərbaycanlı milyarder Telman İsmayılovun təklifinə Rusiya hökuməti müsbət cavab verib. Modern.az  rus mətbuatına istinadən xəbər verir ki, Telman İsmayılov “Soçi-2014” layihəsində iştirak etmək razılığı alıb.  Əldə olunan məlumata əsasən, Türkiyədə dəyəri 1,4 miylard dollar olan Mardan Palas otelinin sahibi Soçidə İmeret vadisi adlanan ərazidə otel kompleksi tikmək üçün müvafiq razılıq alıb. 4-5 min yerlik mehmanxana  kompleksi Telman İsmayılova 1 milyard dollara başa gələcək. Bununla da Telman İsmayılovun rəhbərlik etdiyi AST şirkətlər qrupu “Sosi-2014” layihəsində təmsil olunmaq imkanı qazanıb. RBK agentliyinin məlumatına görə, Rusiya hakimiyyət orqanları İsmayılovun təkliflərinə müsbət cavab verib.  Ekspertlər  isə qeyd edir ki, layihənin rentabelliyi olduqca azdır və proyekt özünü yalnız gələcək perspektivdə dotruldacaq.  AST və “Olimpstroy” arasında imzalanmış müqaviləyə əsasən Telman İsmayılov vəd edib ki, otelin tikintisini vaxtında başa çatdıracaq.

Xatırladaq ki, bu, Telman İsmayılovun sayca ikinci sosial-iqtisadi yönümlü layihəsidir. O bundan əvvəl Çeçenistanın iqtisadi dirçəlişində iştirak edəcəyini bəyan edib.

 

Telman İsmayılovun problemləri 2009-cu ildə başlayıb. Dünyanı bürümüş maliyyə böhranı dövründə Telman İsmayılov Türkiyədə Mardan Palas oteli açıb.  Baş gicəlləndirici təqdimat mərasimində Riçard Gir, Şaron Stoun, Tom Cons, Monika Belluççi, Pirs Xilton kimi məşhurlar iştirak edib. Bu otel tikintisi və bahalı təqdimat  Rusiyada ciddi reaksiya doğurub. Rusiyada təqdimat mərasimini müsibət və fəlakət dövründə eyş-işrət  kimi qiymətləndiriblər. Bundan sonra Moskvada Telman İsmayılova məxsus olan “Çerkezsk” bazarında çoxlu qaçaqmal aşkar olünub və bazar bağlanıb. Bundan sonra  İsmayılov “Praqa” restoranını,  “Safis” sarayını satıb və ölkəni tərk edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü