Modern.az

400 veb-layihə "Netty 2010"da iştirak etmək üçün ərizə verib

400 veb-layihə "Netty 2010"da iştirak etmək üçün ərizə verib

5 Aprel 2010, 16:13

"Netty 2010" Azərbaycan milli internet mükafatinda iştirak etmək üçün ərizələrin qəbulu 28 aprel tarixinədək davam edəcək. Bu tarixdə saytların qəbulu və virtual jüri üzvlərinin yığımı tam şəkildə sona yetəcək.

Təşkilatçıların bildirdiyinə görə, hazırda iştirak etmək məqsədilə 400 veb-layihə öz ərizələrini təqdim edib, onlardan 310 milli sayt müsabiqədə iştirakını davam etməyə buraxılıb. 100 istifadəçi isə jüridə iştirak etməyə hüququnu qazanıb.
Bu anda layihələrin çoxu iştirakçıların təxminən bərabər sayı ilə “Elm və Təhsil”, “İnformasiya və xəbərlər”, “Servis-saytlar” və “Əyləncə” nominasiyalarında qeydiyyata alınıb, iştirakçıların sayı ən az olan nominasiya isə hələlik “Dövlət saytı”dır.
"Netty" milli internet mükafatı – ümumdünya şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarının inkişafı üçün 2004-cü ildə yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.
Xatırladaq ki, mükafatın keçirildiyi bütün illər boyu "Netty" Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən hərtərəfli dəstək alıb.

Modern.az
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir