Modern.az

Gürcüləri 9 May Qələbə paradına çağırmadılar

Gürcüləri  9 May Qələbə paradına çağırmadılar

Təhsil

5 Aprel 2010, 17:51

Gürcü hərbçiləri mayın 9-da Moskvada Qızıl Meydanda faşizm üzərində Qələbənin 65-ci ildönümü münasibətilə keçiriləcək hərbi parada dəvət olunmayıb. Modern.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi  Aleksey Kuznetsov  bildirib. “Dəvətnamə MDB üzv dövlətlərə göndərilib. Gürcüstan MDB-yə daxil deyil. Düşünürəm ki, əlavə şərhə ehtiyac yoxdur” ,-deyə Kuznetsov bildirib. 

Bu il ilk dəfə Qızıl Meydanda keçiriləcək hərbi paradda antiHitler koalisiyasının iştirakçıs olan mütəffiq ölkələrin ABŞ, Böyük Britaniya və Fransanın hərbçiləri, eləcə də Polşa Silahlı Qüvvələri fəxri karaul rotası  iştirak edəcək.  Öz növbəsində rus hərbçləri də mayın 9-da Kiyev və Brestdə keçririləcək Qələbə paradında iştirak edəcək.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı