Modern.az

ARDNŞ-ə məxsus idarədən top mərmiləri tapılıb

ARDNŞ-ə məxsus idarədən top mərmiləri tapılıb

5 Aprel 2010, 17:58

Fövqəladə Hallar Nazirliyinə Bakı şəhəri, Səbail rayonunda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus Neft-Qazçıxarma İdarəsinin ərazisində partlamamış döyüş sursatlarının aşkarlanması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri aşkarlanmış döyüş sursatlarına baxış keçirib və onların döyüş başlığı olmayan partlamamış 3 ədəd "D-44" tipli top mərmisi olduğunu müəyyən ediblər. Nazirliyin mütəxəssisləri həmin ərazidə əlavə axtarış işləri aparıblar. Nəticədə, əlavə olaraq partlamamış 1 ədəd "D-30" və 3 ədəd "D-44" tipli top mərmisi aşkarlanıb. Aşkarlanmış mərmilər xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Məlumatı  Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.

Fövqəladə Hallar Nazirliyinin digər məlumatına görə, Abşeron rayonu, Mehdiabad qəsəbəsində Quşçuluq fermasının yaxınlığında döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri aşkarlanmış döyüş sursatına baxış keçirmiş və onun 1 ədəd tank əleyhinə təlim minası olduğunu müəyyən ediblər. Nazirliyin mütəxəssisləri həmin ərazidə əlavə axtarış işləri aparıb və şübhəli əşya aşkar etməyiblər. Aşkarlanmış təlim minası xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü