Modern.az

Almaniyanın Ştutqart şəhərində fəxri konsulluğumuz açılır

Almaniyanın Ştutqart şəhərində fəxri konsulluğumuz açılır

Ölkə

5 Aprel 2010, 18:33

Aprelin 20-də Azərbaycan Almaniyanın Ştutqart şəhərində fəxri konsulluğunun açılış mərasimi keçiriləcək.  Fəxri konsul vəzifəsinə Almaniya-Azərbaycan Forumunun sədri, sabiq dövlət katibi Otto Hauzer təyin olunub. Konsulluğun açılışında xarici işlər naziri Elmar Məmmədyarovun və Milli Məclisin deputatlarının iştirakı gözlənir.

Mərasimə qatılacaq deputat Fuad Muradov “Media forum” saytına açıqlamasında deyib ki, fəxri konsulluğun açılması Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından böyük əhəmiyyət daşıyır: “Berlin Almaniyanın siyasi, Frankfurt maliyyə, Ştutqart isə iqtisadi paytaxtı hesab olunur. Azərbaycan təmsilçiliyi belə bir şəhərdə açılır. Otto Hauzer bütün Avropada çox məşhur və nüfuzlu siyasətçidir. 2007-ci ildə prezident İlham Əliyevin Almaniyaya səfərindən sonra iki ölkənin münasibətləri uğurla inkişaf edir. Fəxri konsuluğun açılması Dağlıq Qarabağ münaqişəsi haqda həqiqətlərinin dünyaya çatdırılması baxımından da vacibdir”.

Deputatın sözlərinə görə, aprelin 20-də Ştutqartdakı fəxri konsulluğun binası açılacaq, fəxri konsul təyin olunması haqda sənədlər Otto Hauzerə təqdim olunacaq: “Adətən bu tip sənədləri xarici işlər naziri təqdim edir”.

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır