Modern.az

Britaniyada leyboristlərin 14 illik hakimiyyətinə son qoyula bilər

Britaniyada leyboristlərin 14 illik hakimiyyətinə son qoyula bilər

6 Aprel 2010, 09:09

Mayın 6-da Böyük Britaniyada parlament seçkiləri keçiriləcək. Modern.az  xəbər verir ki, “Associated press”in məlumatına görə, baş nazir Qordon Braun yaxın vaxtlarda parlament seçkilərinin keçirilməsi barədə xüsusi bəyanatla çıxış edəcək. Əldə olunan məlumatlara görə, Mühafizəkarlar partiyasının parlament seçkilərində qalib gəlmək şansı böyükdür. Mühafizəkarların qələbəsi  leyboristlərin 14 il davam edən hakimiyyətinə son qoya bilər.

 

Baş nazir Qordon Braun ənənəyə uyğun olaraq Downing Streetdən Buckingham sarayına qısa səfər edəcək. O, Kraliçadan parlamentin buraxılması ilə yanaşı, yeni seçkilərin çağırılmasına dair icazə istəməlidir. Bundan sonra Britaniya və ölkə siyasətçiləri tam seçki kampaniyası əhval-ruhiyyəsinə köklənəcək. Seçkilərə təqribən bir ay qalmış başlayan kampaniya 3 mövzu ətrafında aparılacaq. Diqqət əsasən siyasi liderlik, iqtisadiyyat və ölkənin böyük büdcə kəsirinə yönələcək.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər