Modern.az

Türkiyədən Barak Obamaya 3 min məktub göndəriləcək

Türkiyədən Barak Obamaya 3 min məktub göndəriləcək

Təhsil

6 Aprel 2010, 10:19

Türkiyədə Əsassız Soyqırım İddiaları İlə Mübarizə Dərnəyi (ASİMED) və Ərzurum Atatürk Universiteti ədəbiyyat fakültəsinin tələbələrinin birlikdə hazırladığı təxminən 3 min məktub 24 apreldən öncə Amerika prezidenti Barak Obamay göndəriləcək. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, poçt vasitəsi ilə göndəriləcək məktublarda Obamadan türk millətini üzə biləcək bəyanatlar səsləndirməməsi istənilir.

İngilis və türk dillərində yazılmış məktublarda qondarma “erməni iddiaları”na cavab verilir,  prezident Barak Obamadan 24 aprel çıxışında türk millətini üzə biləcək çıxış etməməsi istənilir.

ASİMED-in rəhbəri Savaş Əyilməz  kampaniyaya dəstək vermək istəyənlərə  [email protected] elektron poçtunu verib.

 

“Erməni diasporasının ən böyük amacı dünyanın ən böyük ölkəsi olan Amerikada 24 aprelin qondarma “soyqırım” günü olaraq qəbul edilməsidir. Bu günə qədər heç bir ABŞ rəhbəri “soyqırım” kəlməsini işlətməsə də türk millətinə haqsızılq edəcək ifadələr işlədilib. Sayın Obama bəlkə də çıxışında “soyqırım”  sözünü işlətməyəcək, ancaq, 1915-ci il olaylarını xatırladaraq  türk millətini üzməyəcək bir çıxış etməsi üçün məktub kampaniyasına başladıq. Biz bu məktubları yazarkən  kimsədən özəl bir mərhəmət gözləmədik.  Beynəlxalq hüqüq, BMT  şərt və qərarlarının Türkiyə üçün də tətbiq olunmasını istəyirik.  Məktuba təxminən 950 il öncə erməni tarixçisi urfalı Mateosun bu sözlərini də əlavə etmişik: ”Türklərin qəlbi xristianlara qarşı şəfqət və yaxşılıqla doludur. Erməni xalqına rifah, barış və xoşbəxtlik gətirmişdir””,-_deyə ASİMED rəhbəri bildirib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir