Modern.az

Rafael Hüseynov bu gün Parisə gedib

Rafael Hüseynov bu gün Parisə gedib

Təhsil

6 Aprel 2010, 10:51

Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının Ətraf mühit, kənd təsərrüfatı, yerli və regional işlər üzrə Komitəsinin iclasında iştirak etmək üçün bu gün Parisə yola düşüb. Bu barədə məlumatı Milli Məclisin mətbuat xidməti yayıb. İclasda biomüxtəliflik və iqlim dəyişikliyi, hərbi tullantıların ətraf mühitə təsiri, meşələrin, dəniz hövzələrinin mühafizəsi və digər mövzularda fikir mübadiləsi aparılacaq. Səfər aprelin 9-da başa çatacaq.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub