Modern.az

Afaq Məsud Nigar Köçərlini qınadı: “MKM-də fikrimi nəzərə almayıblar”

Afaq Məsud Nigar Köçərlini qınadı: “MKM-də fikrimi nəzərə almayıblar”

29 İyun 2013, 10:16

MKM münsiflərinin iştirakçıların əsərlərinə verdikləri ballar ictimaiyyətin diqqətinə çatdırıldı. Diqqət çəkən məqamlardan biri də MKM münsifi, yazıçı Afaq Məsudun müsabiqənin “qısa siyahısına” düşən iki rusdilli əsərə heç bir bal verməməsi olub. Nəzərə alaq ki, həmin iki əsərdən biri, yəni Malik Dursunovun “Qara dayı “ romanı müsabiqədə üçüncü yerə layiq görülüb.

Modern.az-a açıqlamasında Afaq Məsud öz davranışını bu cür izah edib: “Əgər müsabiqə “Bəşəri ədəbiyyat” , yaxud “milli” sözü işlənməyən ayrı bir adın daşıyıcısı olsaydı, əlbəttə, nəinkli rus dilində, lap ingilis dilində yazılmış əsərlərin qəbulunun məntiqi əsası olardı. Lakin müsabiqənin adından göründüyü kimi, burda söhbət milli ədəbiyyatdan gedir. Yəni mövcud Milli Kitab Müsabiqəsinin şərtləri də bildirir ki, bu, nə millilik atributlarından olan xalçaçılığımız, yaxud, nəqqaşlığımız barədə yazılan kitabların yox, məhz milli ədəbiyyat kitablarının müsabiqəsidir. Milli ədəbiyyatın göstəricisi isə dildir. Yəni Azərbaycan dili. Bu səbəbdən, rus dilində yazılmış əsərlərin müsabiqədə iştirak etməsini düzgün hesab etmədim. Əslində bu barədə hər müsabiqədə öz fikrimi demişəm. Ancaq nəzərə alınmayıb”.

Elmin Nuri   

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi