Modern.az

Amerika Türkiyəni razı saldı

Amerika Türkiyəni razı saldı

6 Aprel 2010, 12:07

Türkiyənin Birləşmiş Ştatlardakı böyükelçisi Namik Tan bu gün vəzifə səlahiyyətlərinin icrasını davam etdirmək üçün  Vaşinqtona qayıdıb. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Amerika Konqresinin Nümayəndələr palatasının xarici əlaqələr komitəsində qondarma “erməni iddiaları”na dair qətnamənin qəbulundan sonra məsləhətləşmələr üçün geri çağırılan türk diplomatı Amerikaya dönməsi ilə bağlı jurnalistlərə açıqlama verib. Onun sözlərinə görə, Ankara Vaşinqtondan onu qane edəcək cavablar alıb.    Jurnalistlərə açıqlamasında Namik Tan bildirib ki, Ankara Vaşinqtondan bir sıra məsələlərə, o cümlədən qondarma erməni “soyqırımı”na dair ifadə işlətməmək barədə lazımi vədi alıb.

     

“Qane edici  mesajlar aldıq. ABŞ-a iş başına dönürük. Orada  bizdən sonra ABŞ-a səfər edəcək xarici işlər naziri və baş nazirimizi qarşılayacam” deyən Namik Tan əlavə edib ki, Ankara bütün mesajlarını Amerikada lazımi ünvanlara çatdırıb və mesajlar qəbul edilib. “Ümid edirəm ki, bu prosesdə başlayan müsbət ab-hava davam edəcək”,-deyə Tan bildirib.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir