Modern.az

Serj Sərkisyanın qardaşı qoçuluq edir

Serj Sərkisyanın qardaşı qoçuluq edir

6 Aprel 2010, 13:41

Ermənistan prezidenti Serj Sərkisyanın qardaşı Saşik Sərkisyanın macəraları davam edir. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, özünün çılğın temperamenti  və qoçuluğu ilə ad-san qazanmış Saşik növbəti dəfə “Pərvana” restoranında qalmaqal yaradıb. “Ayakan Jamanax” qəzetinin yazıdığına görə, Saşik Ermənistanda tanınan müğənni Spitaksi Aykonın çıxışı zamanı mahnı sifariş edib. Müğənni sifarişi qəbul edib, lakin deyib ki, oxuduğu bir mahnıdan sonra onun sifariş etdiyi mahnını ifa edəcək.  Müğənninin cavabı prezident qardaşını qane  etməyib. Saşik tapançanı çəkərək müğənninin ayağına bir neçə dəfə atəş açıb. Məlumata gərə, müğənni ciddi xəsərət almayıb.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?