Modern.az

Azərbaycanın şimal rayonlarında genişmiqyaslı əməliyyat keçirilir

Azərbaycanın şimal rayonlarında genişmiqyaslı əməliyyat keçirilir

6 Aprel 2010, 13:59

Bu gündən başlayaraq Azərbaycanın Rusiya Federasiyası ilə sərhəd olan şimal rayonlarında – Quba, Xaçmaz və Qusarda genişmiqyaslı əməliyyatlara başlanılıb. Quba Rayon Polis Şöbəsinin rəis müavini Nazir Nurullayevin ANS-ə verdiyi məlumata görə, Daxili İşlər Nazirliyi tərəfindən keçirilən “Sərhəd-2010” adlı əməliyyatlarda hər üç rayonun Rusiya Federasiyası ilə sərhəd zonaları, rayonlara giriş-çıxış nəzarətə götürülüb.
Qusar-Quba yolunun 25-ci kilometrliyində Şirvanovka və digər kəndlərdə post məntəqələri qurulub, rayona girib-çıxan bütün avtomobillər və vətəndaşlar yoxlanılır.

Qeyd edək ki, bu əməliyyatlar Rusiya və Azərbaycan Daxili İşlər nazirlikləri arasında 2007-ci ildə bağlanmış qarşılıqlı əməkdaşlığa əsasən həyata keçirilir.

Əməliyyatlarda əsas məqsəd beynəlxalq axtarışda olanların, banditizm və terrorçu qrupların və digər cinayətkarların axtarışını həyata keçirmək, qanunsuz silah və sursatların yığılması və digər səbəblərdir.
Quba Polis Şöbəsinin rəis müavini onu da bildirib ki, keçirilən əməliyyatların Dağıstan Respublikasında baş verən partlayış və terror hadisələri ilə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq, əməliyyatların vaxtı üst-üstə düşür.

Əməliyyatlar 4 gün davam edəcək.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir