Modern.az

Gürcüstan Azərbaycana yeni səfir təyin edir

Gürcüstan Azərbaycana yeni səfir təyin edir

6 Aprel 2010, 16:47

Gürcüstanın ölkəmizdə yeni səfirinin adı məlum olub. Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki, prezident Mixail Saakaşvili deputat İrakli Kavtaradzenin namizədliyini təsdiqlənmək üçün parlamentə təqdim edib. İrakli Kavtaradze parlamentin xarici əlaqələr komitəsinin sədr müavinidir. Gürcüstan parlamentinin sədr müavini Qiqi Seretelinin sözlərinə görə, Kavtaradze parlamentdə 2 çağırış fəaliyyət göstərib və onun bu sahədə təcrübəsi var.  Xatırladaq ki, Gürcüstanın Azərbaycandakı əvvəlki səfiri Vanno Noniaşvili səfir səlahiyyətlərinin icrasına başlamadan istefa vermişdi.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?