Modern.az

Qırğızıstanda dövlət çevrilişinə cəhd

Qırğızıstanda dövlət çevrilişinə cəhd

Təhsil

6 Aprel 2010, 17:49

Bu gün Qırğızıstanın Talas vilayətində kütləvi etiraz aksiyaları keçirilib. Vilayət mərkəzi hakimiyyətin nəzarətindən çıxıb. Moder.az Rusiya mətbuatına istinadən xəbər verir ki, müxalifət  liderlərindən Bolot Şirniyazovun həbs olunması regionda vəziyyəti xeyli kəskinləşdirib. Talasda keçirilmiş mitinqin iştirakçıları yerli administrasiya  binasını ələ keçiriblər. Müxfalifət tərəfdarları burada “xalq hakimiyyəti” elan ediblər. Etirazçılar Talas vilayətinin qubernatorunu girov götürüblər. Onlar eyni zamanda “xalq qubernatoru”nu da seçiblər. Aksiya iştirakçıları vilayət Daxili İşlər İdarəsinə hücum  ediblər,  lakin hüquq mühafizə orqanlarının gözyaşardıcı qazlardan istifadə etməsindən sonra geri çəkiliblər.

Beləliklə də Talas vilayətinin rəsmi Bişkəkin nəzarəti altından çıxması üçün təhlükəli insident yaranıb. Müxalifət bildirir ki, xalq üsyanlarını yatırmaq üçün ölkənin digər bölgələrindən Talasa əlavə qoşun bölmələri yeridilir.

Qırğızıstan Daxili İşlər Nazirliyi isə  regionda vəziyətin nəzarət altında olduğunu bildirir. Bu gün baş nazir Daniyar Usenovun vilayətdə baş vermiş iğtişaşlar barədə rəsmi bəyanat verib. O qeyd edib ki, müxalifət başda “Ata-Məkan” partiyasının lideri Bolat Şirniyazov olmaqla bu gün yerli idarə oqanlarını ələ keçirməyə və alternativ vilayət idarə orqanları yaratmağa cəhd edib.

Baş nazir qeyd edib ki, lakin hüquq-müfafizə orqanları onların qarşısını alıb, fəal müxalifət fəalları həbs olunub. Usenov bəyan edib ki, hakimiyyət destruktiv əməllərə yol verməyəcək. O vilayətə vəziyyətə nəzarət olunduğunu və destruktiv qüvvələrin qanun çərçivəsində sərt cəzalandırılacağını deyib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır