Modern.az

Ərdoğandan Obama və Sərkisyana 3 mesaj

Ərdoğandan Obama və Sərkisyana 3 mesaj

Təhsil

6 Aprel 2010, 19:30

st1:*{behavior:url(#ieooui) }

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Vaşinqtona səfəri çərçivəsində Ermənistan prezidenti Serj Sərkisyanla bir araya gələcək. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, bu gün Vaşinqtoqa qayıdan  səfir Namik Tanın ilk işi Ərdoğan və Sərkisyan arasında görüşün təşkilidir.

Türkiyənin “Sabah” qəzetinin məlumatına görə, Ankara ayaqüstü diplomatiya istəmir. Yəni Ərdoğan aprelin 12-13-də “Nüvə təhlükəsizliyi” sammiti çərçivəsində ABŞ prezidenti Barak Obama və Ermənistan prezidenti Serj Sərkisyanla ayaqüçtü deyil,  planlı bir görüş həyata keçirmək  niyyətindədir. 

 

“Sabah”ın yazdığına görə, Ərdoğan həm Obamaya, həm də Sərkisyana mesajlar verəcək.

 

Ərdoğandan Sərkisyana 3 mesaj

 

- Türkiyə və Ermənistan arasında yaxınlaşma prosesinin uğurlu olması üçün hər iki ölkənin liderlərin güclı iradəsinə ehtiyac var,

- Prosesin parlamentdə təsdiqlənməsi üçün erməni diasporunu dayandırın,

- Minsk prosesini birlikdə müzakirə edək.

 

Ərdoğan Obamaya da 3 mesaj

Ərdoğan Obamanı həm protokolların, həm də Minsk prosesinin inkişaf etdrilməsi üçün səylərini artırmağa çağıracaq: 

- Ermənistana Madrid prinsiplərini qəbul etməsi üçün təzyiqlər göstərməlisiniz,

- Qafqazlarda sabitliyin təmin olunması, eləcə də  Dağlıq Qarabağ məsələsində, habelə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması proseslərində Amerika öz missiyasını yerinə yetirməlidir. Liderliyinizdən istifadə edin,  

- Türkiyə Bakıdan vaz keçə bilməz. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi