Modern.az

YUNESKO-nun baş katibi ilk dəfə qadın seçilib

YUNESKO-nun  baş katibi ilk dəfə qadın seçilib

23 Sentyabr 2009, 10:50


 

 

 


 

YUNESKO-nun yeni baş katibi seçilib. Bu beynəlxalq təşkilata ilk dəfə qadın rəhbərlik edəcək. Təşkilatın İcra Şurası Bolqarıstanın YUNESKO-dakı səfiri İrina Bokovanı sədrliyə tövsiyyə edib. Seçkilərin beşinci həlledici turunda Şuraya üzv olan 58 dövlətdən 31-i onun namizədliyini dəstəkləyib. Misirin mədəniyyət naziri Faruk Hüsniyə isə 27 səs verilib. İrina Bokova həm bu vəzifəyə seçilmiş ilk bolqarıstanlı, həm də YUNESKO-nun ilk qadın rəhbəri olacaq. İndiyə kimi  YUNESKO-nun baş katiblərinin 9-u da kişi olub. 

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı