Modern.az

Zakir Fəxri: “Mən indi qaranlıqdan işığa aparan yolları yazıram”

Zakir Fəxri:  “Mən indi qaranlıqdan işığa aparan yolları yazıram”

Ədəbi̇yyat

4 İyul 2013, 13:30

Modern.az-ın orta və yaşlı nəsil qələm adamları arasında keçirdiyi “İndi nə yazırsınız?” rubrikasının budəfəki qonağı çağdaş Azərbaycan ədəbiyyatında orijinal dəsti-xətti ilə seçilən şair Zakir Fəxridir. Ədəbiyyatımızda irfani mövzulara toxunub onları  böyük ustalıqla  işıqlandıran Zakir Fəxri şeirdə heç kimin etmədiyi üsullardan yararlanıb. Belə ki, o, “Rekviyem “ adlı əsəri ilə çağdaş ədəbiyyatda ilk dəfə romanla poemanın sintezini yaradıb. Sufi şair kimi tanınan yazarın “Qalmaz belə, qalmaz dünya”, “Qara Məhəmməd, Qara Məlik və mən”, Dustaqxanadan dustaqxanaya” və s. kitabları işıq üzü görüb.

“Son kitabım “Rekviyemdir”. 2012-ci ildə çap edilib. Hazırda yeni bir kitab üzərində işləyirəm. Mənim yeganə amalım insanlara qaranlıqlardan işığa aparan yolları göstərməkdir. Həmişə buna çalışmışam. İndi də bu yolda addımlayıram. Elə üzərində çalışdığım kitabın adı da “ Qaranlıqdan işığa “ adlanır. Kitabın üç hissəsi “525-ci qəzet” və “Ədalət” qəzetlərində işıq üzü görüb“.

Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi