Modern.az

Levon Ter-Petrosyan: “Sərkisyan Madrid prinsiplərini imzalayacaq”

Levon Ter-Petrosyan: “Sərkisyan Madrid prinsiplərini imzalayacaq”

Təhsil

7 Aprel 2010, 09:51

“Mən ATƏT-in Minsk qrupu həmsədrlərinin hazırladığı 5 rayonun dərhal Azərbaycana qaytarılmasını nəzərdə tutan Madrid sənədinin Serj Sərkisyan tərəfdən imzalanacağını düşünürəm”. Modern.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Erməni Milli Konqresinin sədri, ölkənin birinci prezidenti Levon Ter-Petrosyan bildirib. Keçmiş prezident Ermənistanın indki hakimiyyətinin panika içində olduğunu deyib. Onun sözlərinə görə, buna səbəb Qarabağ danışıqlarının gedişinin Ermənistan üçün fəlakətli olmasıdır.

Ter-Petrosyanın sözlərinə görə, Serj Sərkisyan çətin seçim qarşısında qalıb;  Madrid sənədlərini imzalasa, hakim koalisiyada həm keçmiş, həm indiki  tərəfdarları tərəfindən kəskin etirazla qarşılanacaq, ya da ki, vaxt uzatmaq üçün sənədi imzalmaqdan imtina edəcək. İkinci halda o, beynəlxalq birliyə vermiş olduğu vədlərə əməl etməmiş olur. Belə olan halda isə bəynəlxalq birlik tərəfindən kəskin təzyiqlərə məruz qalacaq.

 

Ter-Petrosyan qeyd edir ki, paradoks ondadır ki, Serj Sərkisyan hər iki halda hakimiyyətlə vidalaşmalı olacaq. “Lakin mən düşünürəm ki, o Madrid prinsiplərini imzalayacaq, çünki bu halda beynəlxalq birlikdən şəxsi təhlükəsizliyi və eləcə də siyasi sığınacaq əldə olunması üçün  təminat alacaq “,-deyə Ter-Petrosyan bildirib. Sabiq prezident hazırda Türkiyə-Ermənistan münasibətlərinin nizamlanması barədə danışmağın mənasız olduğunu deyib. Onun sözlərinə görə, bu proses Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır