Modern.az

Maşınların pərdə və plyonkalanmasına rəsmi münasibət bildirilib

Maşınların pərdə və plyonkalanmasına rəsmi münasibət bildirilib

7 Aprel 2010, 09:56

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsin son günlər mətbuatda minik avtomobillərinin şüşələrinə plyonka və pərdələrin vurulması haqqında mövcud qaydalara qismən dəyişiklik edilməsi ilə əlaqədar mətbautda yayılan məlumatlarla bağlı açıqlama yayıb. Açıqlamada bildirlir:
"Qeyd etmək lazımdır ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1 nömrəli əlavəsində sürücünün görmə dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını azaldan hər hansı formada və ölçüdə örtüklər (pərdə, plyonka) çəkilməsi nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqlar kimi müəyyən olunmuşdur.
Dövlət standartlarını müəyyən edən Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən isə minik avtomobillərində şüşələrin işıq buraxma qabiliyyəti – küləyə qarşı şüşələr üçün 75 faiz, qabaq görünüşü təmin edən, küləyə qarşı olmayan şüşələr üçün 70 faiz, küləyə qarşı olmayan digər şüşələr üçün 60 faizdən aşağı olmamaqla müəyyən edilmişdir. Minik avtomobillərinin şüşələrinin, pərdə və plyonkalar istisna olunmaqla tündləşdirilməsi – qabaq şüşələr üçün 25 faiz, qabaq-yan şüşələr üçün 30 faiz, arxa-yan şüşələr üçün 40 faiz normal sayılır. Arxa şüşələrin tündləşdirilməsinə, sürücünün arxa görünüşünü məhdudlaşdırmamaq şərti ilə məhdudiyyət qoyulmur".
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı