Modern.az

Türkiyə İsraili həddini aşmaqda ittiham etdi

Türkiyə İsraili həddini aşmaqda ittiham etdi

Təhsil

7 Aprel 2010, 10:31

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin xarici işlər naziri Aviqdor Libermanın baş nazir Rəcəb Tayyib Ərdoğan barədə dediyi sözlərə kəskin münasibətini açıqlayıb. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Türkiyə XİN Aviqdor Libermanın dediyi sözlərin diplomatik qaydalara yaraşmayan, həddini aşan  və həqiqəti əks etdirməyən sözlər olduğunu deyib. Xatırladaq ki, Liberman Ərdoğanın getdikcə Liviya prezidenti Müammar Qəddafi və Venesula dövlət başçısı Uqo Çavesə bənzədiyini deyib.

Türkiyə XİN rəsmisi Burak Özügərgin bəyan edib ki, İsrail XİN başçısının başbakan barədə dediyi sözləri qəti şəkildə pisləyir və rədd edirlər. “Bu bəyanatın xarici işlər naziri kimi bir səlahiyyətli şəxs tərəfindən verilməsi İsrail adına üzüntüvercidir”,-deyə Özügərgin bildirib. O qeyd edib ki, Türkiyənin İsrailə yönəlik siyasəti bölgədə sülh və sabitliyin bərqərar olunmasına xidmət edir. Türkiyə XİN-in açıqlamasında qeyd olunur ki, Liberman son sözləri  ilə diplomatik  nəzakət qaydalarını heçə saydığını nümayiş etdirməkdədir.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır