Modern.az

Türkiyədə internetdə dəhşət doğuran səs yazısı yayımlanıb

Türkiyədə internetdə dəhşət doğuran səs yazısı yayımlanıb

Təhsil

7 Aprel 2010, 11:12

Türkiyədə İnternetdə bütün ölkəni ayağa qaldıra biləcək  səs yazısı yayımlanıb. Modern.az “Zaman”a  istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrində xidmət etmiş bir zabitə aid olduğu iddia edilən səs yazısında Ərdoğana təşkil ediləcək sui-qəsd planının detalları ilə bağlı insanı dəhşətə gətirən  məlumatlar verilir. İddiaya görə bu sui-qəsdlə hökumət devriləcəkmiş.

İnternet saytlarının birində ortaya çıxan səs yazısı Ərdoğana sui-qəsd və məscidə bombalı hücumu planlarını təsdiqləyib. Ərdoğanı öldürəcəyini bildirən səs ölkədə xaos yaradıb insanları küçələrə çıxmaz hala gətirəcəyinı bildirir. İddialı səs Silahlı Qüvvələrin Baş qərargah rəisini də hədələyir.   Səs ölkədə anarxiya yaradacağını və anarxiyanın ölkənin maraqlarına cavab verdiyini deyir.  Cümə namazından sonra məscidlərin  bombalanacağını deyən səs polisləri öldürəcəkləri ilə hədələyir.    Səs sahibi baş nazirin təyyarəsini partlatması və digər cinayətləri müqabilində 10 milyon dollar istəyir. Səsin sahibinin jurnalist Hulki Cevizoğlunun qohumu olduğu iddia edilən mayor Uğur Cevizoğluna aid olduğu bildirilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır