Modern.az

TQDK ali məktəblərə qəbul imtahanlarının vaxtını elan etdi

TQDK ali məktəblərə qəbul imtahanlarının vaxtını elan etdi

7 Aprel 2010, 11:23

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə sənəd qəbulunun və qəbul imtahanlarının vaxtını elan edib. Modern.az-ın məlumatına görə, bu barədə TQDK sədri Məleykə Abbaszadə aprelin 7-də keçirdiyi mətbuat konfransında xəbər verib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri deyib ki, 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə abituriyentlərdən ərizə qəbulu aprelin 20-də başlayacaq, mayın 31-də yekunlaşacaq. 30 aprel-31 may aralığında isə ərizələrin təsdiqi həyata keçiriləcək.

Ali təhsil müəssisələrinə ixtisas seçimi iyulun 25-dən avqustun 2-dək aparılacaq.  

2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanlarının vaxtı aşağıdakı kimidir: III qrup – 4 iyul; I qrup – 11 iyul; IV qrup – 17 iyul; II qrup – 23 iyul. Texnikumlara ərizə qəbulu isə iyununun 28-dən iyulun 29-dək davam edəcək. Orta ixtisas müəssisələrinə qəbul imtahanları avqustun 29-da keçiriləcək. Bu il ali məktəblərin magistratura pilləsinə sənəd qəbulu 12-19 aprel aralığında həyata keçiriləcək. Magistraturaya qəbul imtahanlarının I mərhələsi mayın 2-də, II mərhələsi iyunun 20-də keçiriləcək.     Aşağıdakı cədvəldə bütün imtahanlar və onlarla əlaqədar tədbirlər təqdim olunur:

 

Sınaq imtahanları

11, 18, 25 aprel, 16, 23, 30 may, 6 iyun

Türkiyə Respublikasının ali məktəblərinə sənəd qəbulu

5-17 aprel

Türkiyə Respublikasının ali məktəblərinə qəbul imtahanı (TCS)

25 aprel

Magistraturaya ərizə qəbulu

12-19 aprel

Magistraturaya qəbul imtahanının 1-ci mərhələsi

2 may

Magistraturaya proqram seçimi

7-12 iyun

Magistraturaya qəbul imtahanının 2-ci mərhələsi

 20 iyun

Magistraturaya qəbul imtahanının ikinci mərhələsinə buraxılmış bakalavrların ixtisas seçimi

22-25 iyun

Ali təhsil müəssisələrinə ərizə qəbulu

20 aprel-31 may; təsdiq: 30 aprel-31 may

Qabiliyyət imtahanı iştirakçılarının qeydiyyatı

30 aprel-31 may

Rus bölməsi üzrə ilk Azərbaycan dili imtahanında iştirak etmək üçün ərizə təsdiqinin son günü

14 may

Rus bölməsi üzrə Azərbaycan dili imtahanı

1-ci

2-ci

 

23 may

20 iyun

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu (ümumi orta təhsil bazasında)

28 iyun-29 iyul

Ali təhsil müəssisələrinə qəbul imtahanı

III qrup

I qrup

IV qrup

II qrup

 

4 iyul

11 iyul

17 iyul

23 iyul

Musiqi sənəti, Təsviri sənət, Teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə qabiliyyət imtahanı

8-14 iyul

Memarlıq və dizayn istiqaməti üzrə qabiliyyət imtahanı

15-21 iyul

İdman istiqaməti üzrə qabiliyyət imtahanı

21-28 iyul

Orta ixtisas təhsili müəssisələrinə qabiliyyət imtahanı (ümumi orta təhsil bazasında)

20-27 iyul

İxtisas seçimi

25 iyul-2 avqust

Apelyasiya (bakalavr və magistr)

27-29 iyul

Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı (ümumi orta təhsil bazasında)

29 avqust

    

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir