Modern.az

Azərbaycanda nazirlərin maaşı nə qədərdir?

Azərbaycanda nazirlərin maaşı nə qədərdir?

7 Aprel 2010, 16:50

Azərbaycanın dövlət qurumlarında çalışan rəhbər şəxslərin (nazirlərin, komitə sədrlərinin) maaşlarının nə qədər olduğu maraq doğurur. Oxucuların marağını nəzərə alaraq dövlət orqanlarının rəhbər işçilərinin vəzifə maaşları barədə məlumatı diqqətinizə çatdırırıq.

“İqtisadi forum” jurnalı yazır ki, dövlət orqanlarının rəhbər işçilərinin vəzifə maaşlarının məbləği “Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 348 saylı, 10 avqust 2004-cü il tarixli sərəncamı ilə tənzimlənir.

Sərəncama əsasən Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinin aylıq vəzifə maaşları aşağıdakı məbləğdədir:

Baş nazir                                                                  - 1925 manat Baş nazirin birinci müavini                                          - 1700  manat

Baş nazirin  müavini                                                   - 1625 manat

Nazirlər                                                                     - 1500 manat Komitə sədrləri                                                          - 1500 manat

Milli Bankın idarə heyətinin və Dövlət Sosial Müdafiə Fondunun sədri                           - 1500 manat

Mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanının rəhbəri            - 1250 manat

  Nazirin, Dövlət Komitəsi sədrinin, Milli Bankın idarə heyətinin və Dövlət Sosial Müdafiə Fondunun sədrinin birinci müavini                                                 - 1000 manat

Nazirin, Dövlət Komitəsi sədrinin, Milli Bankın idarə heyətinin və Dövlət Sosial Müdafiə Fondunun sədrinin müavini, Mərkəzi İcra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanının rəhbərinin birinci müavini                                             - 875 manat

Mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanının rəhbərinin müavini                                                        - 800 manat

Şəhər və rayon icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları

Bakı şəhəri                                                                - 1500 manat

Gəncə və Sumqayıt şəhərləri                                       - 875 manat

Şəhərlər, rayonlar və şəhər tabeliyində olan rayonlar üzrə: Əhalisi 50 min nəfərdən çox olan rayonlar                    - 750 manat

Əhalisi 50 min nəfərədək olan rayonlar                         - 600 manat

Bundan başqa rəhbər işçilərə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşlarının 25 faizi məbləğində aylıq əlavə pul təminatı verilir.

Deməli, Azərbaycanda baş nazirin illik maaşı 23100 manat, nazirlərin maaşları isə 18000 manatdır.  
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir