Modern.az

ABU-nu bitirən tələbəyə niyə diplom verilmir?

ABU-nu bitirən tələbəyə niyə diplom verilmir?

Ölkə

7 Aprel 2010, 18:15

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) tələbələrinə diplom verilməsində yaranmış problem hələ də aradan qalxmayıb. Məsələ burasındadır ki, Təhsil Nazirliyi tələbənin ali məktəbə qanunsuz qəbul olunduğunu 4 ildən sonra aşkara çıxarır. Sonda isə məzunlar diplomsuz qalır. Ancaq nəyə görəsə sözügedən universitet məsuliyyətə cəlb olunmur.

Redaksiyamıza müraciət edən Teymur Aslanov 2008-ci ildə ABU-nun Tarix fakültəsini bitirib. O, təhsil aldığı universitetdən diplomunu bu günədək ala bilməyib. Məsələ ilə əlaqədar dəfələrlə universitet rəhbərliyinə müraciət etsə də, nəticəsiz qalıb. Universitetdən ona bildirilib ki, Təhsil Nazirliyinə müraciət ünvanlasın.

Təhsil Nazirliyinin baş məsləhətçisi Ənvər İmanov Modern.az-a bildirib ki, sözügüdən universitetə qeyri-qanuni daxil olanlara diplom verilmir: “2008-2009-cu illərdə Azərbaycan Beynəlxalq Universitetinə qanuni yolla qəbul olunmuş və ali məktəbi bitirmiş bütün məzunlar diplomla təmin olunub. Qanundankənar qəbul olunanlarla bağlı Təhsil Nazirliyi məsuliyyət daşımır. Görünür həmin tələbə cinayəti özü edib, yəni qanunsuz yolla universitetə daxil olub. Ona görə də ona diplom verilməyəcək”.

Təhsil Nazirliyinin Özəl Ali Məktəblərlə İş İdarəsinin müdiri Ilyar Vahabov saytımıza bildirib ki, məzun Təhsil Nazirliyinə müraciət ünvanlamalıdır: “Biz qanuni yolla universitetə daxil olan tələbələrin hamısını diplomla təmin etmişik. Həmin tələbə üzləşdiyi problemlə əlaqədar bizə rəsmi müraciət ünvanlasın, ona cavab veriləcək”.

Günay Musayeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı