Modern.az

Ağdaban soyqırımının 18 ili tamam olur

Ağdaban soyqırımının 18 ili tamam olur

7 Aprel 2010, 20:36

 

Ermənilərin azərbaycanlılara qarşı törətdikləri daha bir bəşəri cinayətin, Ağdaban soyqırımının 18 ili tamam olur.

1992 –ci ilin aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndı erməni vandalları tərəfindən yerlə yeksan edilib. Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işkəncələr verilib. Soyqırım zamanı 67 nəfər qətlə yetirilıb, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilıb.

Ağdaban faciəsi tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biridir, XOCALI, XATIN və SONQİMİ soyqrimının təkrarıdır.

Təəssüf ki, 1992-ci il aprel ayının 8-də baş verən Ağdaban faciəsindən Respublika əhalisi hələ də lazımınca xəbərdar deyil. Baş verən qanlı hadisələr dünya ictimaiyyətinə çatdırılmayıb.

Yalnız bu ilin martında Parlament Jurnalistlər Birliyinin təşəbbüsü ilə Türkiyənin Ankara və Alanya şəhərlərində “Ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətliamlar fotolarda” adlı fotosərgisində Ağdaban soyqırımı ilə bağlı şəkillər də nümayiş etdirilib.

1992-ci il aprel ayının 8-də səhərə yaxın erməni quldurları Ağdaban yalındakı gözətçi məntəqəsinə qalxıb, burada keşik çəkən 3 nəfəri qətlə yetiriblər. Qəfil yuxudan qalxan kənd camaatı çaş–baş qalıb.

Kənd evlərinin əksəriyyəti yandırılıb və qarət edilib. Aşıq Şəmşrin evi və zəngin arxivi od vurulub külə döndərilib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi