Modern.az

"Qərbi Azərbaycan Mühacir Hökuməti ideyasını gündəmdə saxlamaq lazımdır"

"Qərbi Azərbaycan Mühacir Hökuməti ideyasını gündəmdə saxlamaq lazımdır"

Ölkə

8 Aprel 2010, 17:36

“Qərbi Azərbaycan Mühacir Hökumətinin yaradılması ideyasını təqdir edirəm. Bu istiqamətdə zamanında müəyyən cəhdlər də olub. Təəssüflər olsun ki, bu cəhdlər inkişaf etmədi. Ancaq düşünürəm ki, ideya çox ciddidir. Vaxtilə Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın böyük mühacirət dalğası olmuşdu ki, onun unudulması, Qərbi Azərbaycan torpaqlarının tükrlərə mənsubluğunun unudulması demək olardı. Bu baxımdan, ideyanı daim gündəmdə saxlamaq lazımdır”. Bu fikirləri Modern.az saytına açıqlamasında millət vəkili Gültəkin Hacıbəyli bildirib. Onun sözlərinə görə, indi dünyanın inkişafı çox ciddi təbəddülatlarla müşaiyət olunur: “Əgər Qərbi Azərbaycanda türk yaşamırsa, bu, heç də orada 50 il bundan sonra türkün yaşamayacağı anlamını vermir. Tarix təkrar olunur və mən əminəm ki, nə vaxtsa o torpaqlar da öz sahiblərinə qovuşacaq”.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür