Modern.az

16 əcnəbi Azərbaycandan övladlığa uşaq götürmək istəyir

16 əcnəbi Azərbaycandan övladlığa uşaq götürmək istəyir

9 Aprel 2010, 12:24

2007-ci ilin əvəlindən başlayaraq Azərbaycanda uşaqların əcnəbilərə övladlığa verilməsi qaydaları sərtləşdirilib. O zamandan etibarən Azərbaycanda uşaqların əcnəbilərə övladlığa verilməsi məsələsilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məşğul olur. 2007-ci ildən öncə isə uşaqların əcnəbilərə övladlığa verilməsilə Ədliyyə Nazirliyi məşğul olub. Modern.az-ın araşdırmasına görə, təkcə 2002-2006-cı illərdə ölkəmizdə 194 uşaq Azərbaycan ailələrinə, 138 körpə isə əcnəbilərə övladlığa verilib. Azərbaycanlı körpələr ABŞ, İsrail, Fransa, Türkiyə, Misir kimi ölkələrə aparılıb. Bu məlumatı Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsindən verilib. 3 yaşadək atılmış uşaqlar Səhiyyə Hazirliyinin uşaq müəssisələrində-Psixonevroloji Uşaq Evi və 1 saylı Körpələr Evində yaşayırlar. Onlar yerli və xarici vətəndaşlara buradan övladlığa verilirlər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq müdafiəçisi Elgiz Səfərov Modern.az-a bildirib ki, 2007-ci ildən bu günə qədər təxminən 10 azərbaycanlı  körpə xarici vətəndaşlara övladlığa verilib:

“Övladlığa verilən uşaqlardan 2-si xaricdə yaşayan milliyəti azərbaycanlı olan ailələrə verilib”. Müsahibimizin sözlərinə görə, bu gün ABŞ, İsrail, İran, İsveç kimi xarici ölkələrdən olan əcnəbilər azərbaycanlı körpələri övladlığa götürmək üçün müraciət edib. Müraciət edənlər arasında Ukrayna və Qazaxıstanda yaşayan, azərbaycan milliyətindən olan ailələr də var ki, onlar buradakı qohumlarından olan uşaqları övladlığa götürmək istəyirlər.

Elgiz Səfərov deyib ki, hazırda xarici ölkələrdən olan 16 ailə azərbaycanlı uşağı övladlığa götümək üçün növbədə dayanıb:

“Amma hələ onların sənədləri tam hazır deyil. Onlardan bir ailə azərbaycan milliyətindəndir”. E.Səfərov bildirb ki, Azərbaycan qanunvericiliyinə görə, 18 yaşınadək uşaqların övladlığa verilməsi mümkündü. 10 yaşından sonra uşaqlar övladlığa veriləndə uşaqların ğzləri ilə də müqavilə bağlanılır. “Bu gün bizə müraciət edən ailələrin çoxu  10 yaşınadək uşaqları övladlığa götürməyə üstünlük verirlər”. Təhminə Paşayeva

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır