Modern.az

Batmış əmanətlərin qaytarılması məsələsinə bürokratik yanaşma var

Batmış əmanətlərin qaytarılması məsələsinə bürokratik yanaşma var

9 Aprel 2010, 17:41

Bir neçə ildir Azərbaycan hökuməti əhalinin sovet dövründən banklarda qalmış əmanətlərinin qaytarılması ilə bağlı müzakirələr aparsa da, hər hansı nəticəyə gəlinməyib. Ölkə başçısının hələ 2005-ci ilin oktyabrında imzaladığı sərəncamla vətəndaşların sovet dövründən banklarda qalan əmanətlərinin indeksləşdirilməsi və qaytarılması üçün Dövlət Komissiyası yaradılıb. Komissiya vətəndaşların 1 yanvar 1992-ci il tarixinədək əmanət bankında batan vəsaitinə uyğun kompensasiyaların verilməsini tənzimləyən qanun layihəsi və onların ödənilmə mexanizmi barədə təkliflər hazırlamalı idi.

Lakin aradan 5 il ötməsinə baxmayaraq əmanətlərin qaytarılması prosesinə başlanılmayıb.

 

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədovun sözlərinə görə, 2008-ci ildə neftin qiyməti pik həddinə çatanda hamı, o cümlədən deputatlar batmış əmanətlərin qaytarılması imkanlarının yaranmasından danışırdı: “Əmanətlərinin indeksləşdirilməsi və qaytarılması üçün yaradılan Dövlət Komissiyası

indiyədək bir neçə iclas keçirib. Amma ortada nəticə yoxdu. Hesab edirəm nəhayət sadə bir mexanizm duşunmək lazımdır. Deyək ki, hansı praporsiyada o vəsait qaytarılmalıdır. 2 milyona yaxın əmanətçi var ki, onların sovet Əmanət Bankının Azərbaycan filalında 4,8 milyard  rubl vəsaiti qalıb. Əmanətlərin təqribən 70% -ni 2 min rubla qədər olan vəsaitlər təşkil edir. Bu da ən aztəminatlı insanların, o cümlədən əlillərin, təqaüdçülərin vaxtilə qara gün üçün yığıb saxladıqları vəsaitlərdir. Batmış əmanətlərin təqribən 10%-ə yaxını 10 min rubldan çox olan vəsait təşkil edir. Əmanətlərin strukturuna  baxmaqla çox sadə qərar qəbul etmək olar. Deyək ki, 2 min rubla qədər olan vəsaitləri yarıbayarı qaytarmaq olar. 2 min rubldan 10 min rubladık olan vəsaitlərin 13 –ni, 10 min rubldan yuxarı olan vəsaitlərin 14-ni və ya 15 –ni qaytarmaq olar. Bu isə o deməkdir ki, təqribən 1,3 -1,5 milyard manat  vəsait lazımdır. İndiki halda Azərbaycanın buna kifayət qədər imkanı var”. Deputat deyir ki, Dövlət Komissiyası əmanətlərin qaytarılması mexanizmi barədə qərar qəbul etsə, bunun üçün tələb olunan 1,3 milyard vəsaiti 10 il ərzində, hər il üçün 100-130 milyon manta olmaqla qaytarmaq mümkündür: “Dövlət hər il bundan da çox vəsaiti ünvanlı sosial yardım üçün ayırır və həmin yardımların verilməsi ilə bağlı müəyyən şübhələr var. O pulun əvəzinə dövlət büdcəsindən əmanətlərin qaytarılmasına vəsait ayırmaq olar. Onda dövlət həm öz öhdəliyini yerinə yetirmiş olar, həm də insanların bank sisteminə etibarını bərpa etmək mümkünləşər. Mən guman edirəm ki, iqtisadi gücümüz əmanətləri qaytarmağa imkan verir, belədə həm də 2 milyona yaxın vəndaşımızın haqqını onlara qaytarmış olarıq”. N.Məmmədovun fikrincə, məsələ Nazirlər Kabineti səviyyəsində müzakirə olunmur və qərar qəbul etməmək üçün müəyyən bəhanələr axtarılır: “Kapitalbankda arxivlər var, kimin nə qədər vəsaitinin olmasına dair əmanət kitablarında hesablar durur”. Deputat deyir ki, dövlət budcəsinə yenidən baxılmalıdır: “Çünki büdcədə neftin qiyməti 45 dollardan hesablanıb. Halbuki, neft istehsalçıları ilə istehlakçılar arasında ədalətli qiymət kalidoru 70-80 dollara arasında müəyyənləşdirlirb. Bu baxımdan gəlirlər dəqiqləşdirilməli, büfcəyə yenidən baxılmalıdır”.

 

Deputat deyir ki, batmış əmanətlərin sahiblərinin təxminən 14%-I artıq dünyasını dəyişib.

N.Məmmədov Rusiya, Qazaxıstan, Pribaltika ölkələrində əmanətlərin moxdan qaytarıldığını qeyd edərək Azərbaycanda da bu işə başlamağın vaxtı çatdığını vurğulayıb: “Artıq neftdən gələn gəlir 20 milyard dollardan çoxdur. Bunun 1 milyardını ayırsaq millətin borcunu qaytarmaq olar. Təəssüf ki, müəyyən dövlət qurumları bu məsələyə birokratik yanaşma nümayiş etdirirlər. Maliyyə Nazirliyi, Mərkəzi Bank, Nazirlər Kabinetinin İqtisadiyyat şöbəsi dövlət başçısına müvafiq təkliflər verməlidir. Mən əminəm ki, dövlət başçısı böyuk məmunuyyətlə məsələnin həll olma yollarını tapar”.

Millət vəkili deyib ki, Milli Məclisin onun da üzvü olduğu komitəsində əmanətlərin qaytarılma məsələsi bir neçə dəfə qaldırılıb. “Hətta deputat Əli Məsimli komitəyə qanun lahiyəsi də təqdim edib” Xatırladaq ki, əmanət bankında pulları batan əmanətçilərin sayı 1 milyon 986 min 104 nəfərdir. Onların banklardakı əmanətlərinin həcmi isə 4,8 milyard sovet rublu qədərdir.

Mail

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı