Modern.az

“Goranboyun icra başçısı və Təhsil Şöbəsinin müdiri məni müxalifətçi kimi qələmə verirlər”

“Goranboyun icra başçısı və Təhsil Şöbəsinin müdiri məni müxalifətçi kimi qələmə verirlər”

9 Aprel 2010, 18:32

“İcra başçısı Təhsil Şöbəsinin müdiri ilə birləşərək indi də məni rayonda müxalifətçi kimi qələmə verirlər. Ama mən həmişə dövlətçiliyə, Prezidentimizə, Yeni Azərbaycan Partiyasına sadiq olmuşam. Ömrüm axırına kimi də belə olacaq”. Bu aşıqlamanı Modern.az saytına Goranboy şəhər 3 saylı məktəbin bir neçə gün öncə işdən çıxarılan sabiq direktoru Nüşabə Əhmədova verib. O, deyib ki, rayon Təhsil Şöbəsinin müdiri İlham Hüseynov icra başçısı Nizaməddin Quliyevin sifarişi ilə onu işdən çıxarandan sonra böhtan kampaniyasına son qoymayıb, əksinə bunu daha genişləndirib: "Mən 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. 2003 və 2008-ci illlərdə keçirilən prezident seçkilərində fəal iştirakıma görə Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatı tərəfindən mükafatlandırılmışam. Ən son mükafatı isə 3 ay öncə bələdiyyə seşkilərindəki fəallığıma görə Goranboy Rayon İcra Hakimiyyətinin indiki başçısı Nizaməddin Quliyevdən almışam. Əgər müxalifət olsaydım, Nizaməddin Quliyev bu mükafatı mənə verməzdi. Yalnız onu deyə bilərəm ki, mənə qarşı edilən təzyiqlərin dərəcəsindən asılı olmayaraq heç zaman əqidəmi dəyişməyəcəyəm. Ömrümün sonuna qədər üzvü olduğum partiyaya sədaqətli olacam". N.Əhmədova deyib ki, Təhsil Şöbəsinin müdiri İlham Hüseynov onu maliyyə pozuntusunda ittiham edərək işdən çıxarıb. Halbuki, Maliyyə Nazirliyi tərəfindən 3 saylı məktəbdə hər hansı yoxlama-filan aparılmayıb ki, nöqsan da aşkarlansın: “Buna görə də məni maliyyə pozuntusunda ittiham etmək şər və böhtandır, bu, işdən qanunsuz çıxarılmağımı deməyə əsas verir. Mən tələb edirəm ki, həm Rayon Təhsil Şöbəsi, həm də başqa məktəblər yoxlanılsın. Baxaq görək kim daha düzgün işləyir. Təhsil Şöbəsinin müdiri İlham Hüseynov indiyədək qanunsuz olaraq 228 işci götürüb. Konkret olaraq Qızılhacılı kənd məktəbinə 14 işçi göndərib”.

Goranboy rayonunun icra başçısı Nizaməddin Quliyevdən narazılığını bildirən Nüşabə Əhmədova deyib ki, o, yarıtmaz kadr siyasəti yürüdür, təmiz işçiləri ləkələməyə çalışır: “Mənim kimi təmiz adamları işdən uzaqlaşdırır. Axı onun korrupsiya əməllərinə mane oluram. Korrupsiyaya qarşı həmişə mən mübarizə aparmışam, onlar yox. Mənə qarşı o dərəcədə təzyiqlər göstərirlər ki, bircə əlacım bu rayonu tərk edim”. Təhminə Paşayeva

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir