Modern.az

Ölkə jurnalistlərinə müraciət: “Hər KİV 135 ağac əksin!”

Ölkə jurnalistlərinə müraciət: “Hər KİV 135 ağac əksin!”

9 Aprel 2010, 20:32

Prezident İlham Əliyevin təşəbbüsü ilə cari ilin ölkədə «Ekologiya ili» elan edilməsini  nəzərə alan Yevlaxın «Kür» qəzeti Azərbaycan jurnalistlərinə müraciət ünvanlayıb: “Biz belə bir deviz irəli sürürük: hər KİV 135 ağac əksin! Devizi təsadüfü  seçməmişik. Hamımıza məlumdur ki, qarşıdan milli mətbuatımızın 135 illiyi gəlir. Milli mətbuatımızın unudulmaz öndəri  Zərdabinin «Əkinçi» qəzetindən nur alan yubiley bayramı ağacəkmə kampaniyası üçün gözəl fürsətdir. Hər bir KİV orqanı 135 ağac əkməklə həm ölkəmizdə vüsət alan ekoloji siyasətə öz töhfəsini verər, həm də yubileyi özünəməxsus tarixə çevirər”.

«Kür» qəzetinin kollektivi artıq redaksiyanın yerləşdiyi həyətin torpaq sahəsini münbitləşdirməklə ərazidə 135 meyvə ağacından ibarət bağ saldığını bəyan edib.

“Ümidvarıq ki, bu nəcib təşəbbüsə sizlərdən də adekvat reaksiya  gələcək. Bu gün əkdiyimiz sabah sevincimiz olacaq”,-deyə «Kür» qəzeti redaksiyasının müraciətində bildirlib. Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır