Modern.az

Stalinin müəllimə məktubu: “Üzr istəyirəm. Sırtıq və vəhşi oğluma görə” - TARİX

Stalinin müəllimə məktubu: “Üzr istəyirəm. Sırtıq və vəhşi oğluma görə” - TARİX

İqtisadiyyat

23 İyul 2013, 15:24

SSRİ-nin “xalqlar atası” İosif Stalinin oğlu Vasili təhsil almaq üçün adi məktəbə gedirdi. Əlbəttə, orta məktəbdə hamıya məlum idi ki, o kimin oğludur və ona yaltaqlanan müəllimlər də çox idi. Lakin, rəhbərin oğlu “sahilləri itirəndə” gördüyümüz kimi adi müəllim “onun özünə” şikayət edirdi və buna görə üzrxahlıq, sadə insani təşəkkür görürdü.

Modern.az sayt; Stalinin oğluna dəsr deyən müəllimin Vasilinin davranışıdan rəhbərə narazılığı əks olunmuş məktubuna  SSRİ rəhbərinin cavabını təqdim edir.  

Müəllim vətəndaş Martışinə…  

Sizin Vasili Stalinin bədiiliyi haqqında məktubunuzu aldım. Məktuba görə sağ olun. İşimin çox olması ilə əlaqədar sizə böyük gecikmə ilə cavab verirəm. Üzr istəyirəm. Vasili orta qabiliyyətli, ərköyün böyümüş yeniyetmədir. Vəhşicikdir, həmişə düz danışmır, öz zəif “rəhbərlərini” şantaj etməyi sevir, sırtıqlığı nadir deyil və zəif, daha doğrusu dağınıq iradəyə malikdir. Onu hər cür “dost” və “rəfiqələri” ərköyünləşdirib və “Stalinin oğlu” olduğunu qeyd edib hər dəfə şirnikləndiriblər.  

Mən şadam ki, nəhayət sizin simanızda Vasili ilə hamı kimi rəftar edən və “sırtıqdan” məktəbdəki ümumi rejimə tabe olmağı tələb edən tək bir özünə hörmət edən pedaqoq tapılıb. Vasilini bayaq sizin qeyd etdiyiniz kimi direktorlar, məktəbdə yeri olmadığı əsgi-insanlar korlayır. Əgər dəcəl Vasili həyatını puç etməyibsə, bu ölkəmizdə mövcud olan, kaprizli uşağa üz verməyən bir neçə müəllimin sayəsindədir.  

Mənim məsləhətim: Vasilidən daha sərt tələb etmək və “kaprizli uşağın” özünəqəsd kimi saxta, şantajçı hədələrindən qorxmamaq. Bu işdə mənim dəstəyimi qazanacaqsız. Təəsüf ki, mənim Vasiliyə ayırmağa vaxtım yoxdu. Lakin söz verirəm ki, ara-sıra onun yaxasından tutacağam.  

İ.Stalin
8.VI.38 il.”  

Bu məktub bu gün də aktualdır. Ərköyün balalarına dəstək verən varlı məmurlara nümunə olacaq tarixidir.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır