Modern.az

Nəqliyyat Nazirliyi 5000 qanunsuz tikili barədə məlumat yayıb

Nəqliyyat Nazirliyi 5000 qanunsuz tikili barədə məlumat yayıb

10 Aprel 2010, 10:15

 


Nəqliyat Nazirliyi avtomobil və dəmir yollarının mühafizə zolağında inşa olunmuş qanunsuz tikilələrlə rəsmi məlumat yayıb.
Məlumatda bildirilib ki, Nazirlər Kabinetinin 3 mart 2010-cu il tarixli müşavirəsində dəmir yolu və avtomobil yollarının təhkim və mühafizə zolağında yerləşmiş qeyri-qanuni tikililərin araşdırılması məqsədilə yaradılmış (Protokol №1) komissiya işini tamamlayıb.
İlkin mərhələdə qatarların və avtomobil nəqliyyatının hərəkətinə və insanların həyatına ciddi təhlükə yaradan, Nazirlər Kabinetinin müvafiq qərarlarının tələblərinə zidd olan 5000-ə yaxın qanunsuz tikililər müəyyən olunub ki, onlardan, təxminən, 2000-i avtomobil yollarının, 3000-i isə dəmir yollarının mühafizə zolağında yerləşir.
Nazirlər Kabinetinin məlum protokolunun qərarı ilə Bakı şəhəri də daxil olmaqla Abşeron rayonu, həmçinin Gəncə və Sumqayıt şəhərləri üzrə aparılmış reydlər göstərib ki, xüsusilə intensiv olaraq təhlükəli yüklərin daşındığı magistral Keşlə-2-ci blok post “NBNZ” Əhmədli, Keşlə-2-ci blok post-Böyük Şor, Əhmədli-Bakı yük mənzillərində, Biləcəri, Keşlə, Xırdalan, Bakı yük, Sumqayıt və Əhmədli stansiyaları ilə birləşən 23 ədəd dalan dəmir yollarında qatarların, manevr tərkibinin hərəkəti, manevr briqadasının, eləcə də orada yaşayan insanların həyatı təhlükə altındadır. 14 istiqamət üzrə vətəndaşlar tərəfindən dalan dəmir yollarının üzərində yaşayış və digər əsaslı tikililərin inşa edilməsi onların fəaliyyətsizliyinə səbəb olub. Məhz bu səbəbdən həmin müəssisə və təşkilatların ünvanına gələn yüklər məcburiyyət qarşısında qalaraq boşaldılması üçün stansiyaların ümumi istifadəli dəmir yollarına verilir.
Eyni zamanda komissiya tərəfindən müəyyən edilib ki, dəmir yolu və avtomobil yollarının təhkim və mühafizə zolağında yerləşən və sökülməsi təxirəsalınmaz hesab edilən 954 ədəd əsaslı tikinti (o cümlədən: 881 yaşayış, 73 qeyri-yaşayış) var və onlardan 71 ədədi avtomobil yolunda, 883 ədədi isə dəmir yolunun mühafizə zolağında yerləşir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?