Modern.az

Həlak olan prezidentin fotoşəkilləri

Həlak olan prezidentin fotoşəkilləri

10 Aprel 2010, 15:18

Rusiyaya səfər zamanı Tu-154 təyyarəsinin qəzaya uğraması nəticəsində Polşa prezidenti Lex Kaçinski və xanımı Mariya Kaçinskiya da daxil olmaqla 132 nəfər həlak olub. Həlak olanlar arasında Polşanın onlarla siyasətçisi və ictimai xadimi var. Modern.az Polşanın həlak olmuş prezidentinin fotoşəkillərini təqdim edir.

L.Kaçinski 2005-ci ildə Polşanın prezidenti seçilib. Bundan əvvəl isə üç ill müddətində Varşava şəhərinin meri vəzifəsində çalışıb. Lex Kaçinski Polşa siyasətinin ən tanınmış şəxsiyyətlərindən biri olub. 2001-ci ildən etibarən əkiz qardaşı Yaroslavla birgə onlar mühafizəkar Hüquq və Ədalət Partiyasına rəhbərlik edərək, Polşa millətçiliyinin oxşar simalarına çevriliblər. Siyasətə gələn qardaşlar, uşaq filmlərinin ulduzları olublar. Sonralar isə Polşada 1980-ci illərdə kommunizmin dağılmasına səbəb olan etiraz nümayişlərinin önündə gediblər. Kaçinskilər 1991-ci ildə həqiqi çoxpartiyalı seçkilər həyata keçiriləndən bəri, ilk dəfə olaraq 2005-ci ildə mühafizəkarları hakimiyyətə gətirdilər. Qızğın millətçi L.Kaçinski Avropa İttifaqının, Polşanın uğrunda ağır mübarizə apardığı süverenliyinə təhlükə yaratdığını düşünürdü. Lex Kaçinski 1949-cu ildə Varşavada doğulub. Onun atası İikinci Dünmya Müharibəsi dövründə Polşa iğtişaşlarının veteranı olan mühəndis, anası isə dilçi olub.
Həyatının çox hissəsini Varşavada keçirən L.Kaçinski hüqüq təhsili alır və boyük səs çoxluğu ilə 2002-ci ildə şəhərin meri seçilir. Lakin onun siyasi fəaliyyəti heç də həmişə hamar olmayıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi