Modern.az

APA-nın baş direktoru Vüsalə Mahirqızı ilə fotosöhbət

APA-nın baş direktoru Vüsalə Mahirqızı ilə fotosöhbət

Fotosöhbət

13 Aprel 2010, 12:35
Vüsalə Mahir qızı Abışova 1979-cu ildə Ucar rayonunun Lək kəndində doğulub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1996-cı ildən mediada çalışır. İlk iş yeri «Bakı Universiteti» qəzeti olub. "Hürriyyət, «Günaydın», «Bu gün», «Azadlıq», «Məkan» qəzetlərində çalışıb. 2001-2003-cü illərdə «Xalq Cəbhəsi» qəzetinin baş redaktoru olub. 2004-cü ilin noyabrından Azəri Press Agentliyinin (APA) baş direktorudur. Ailəlidir, bir qızı var.


 

Bu mənim ilk şəklimdi, 3 yaşım var.

 

Babam və mən. Onun ilk və sevimli nəvəsi olmuşam.

 

Nənəmlə birgə.

 

Orta məktəb illərindən xatirə:11-ci sinif. Sağdan ayaq üstə duran 3-cü şagird mənəm.

 

Bakıya ilk dəfə gəlmişəm. 1996-cı il.

 

"Bakı Universiteti" qəzeti tələbə ikən mənim ilk iş yerim olub.

 

Tələbəlik dövrümdə iştirak etdiyim yeganə qonaqlıq.

Bu da tələbəlik illərinin yadigar şəklidi. Elmi rəhbərim Azad müəllimin solunda dayanmışam.

 

Bakı Dövlət Universitetinin tələbələri rektor Misir Mərdanovla birgə. Soldan 2-ci mənəm.

 

"Bu gün" qəzetində işlədiyim vaxtlar. 2000-ci il.

 

Keçmiş "Press klub". Redaktorlar Birliyinin iclasındayıq.

 

Qurultayda iştirak edirəm.

 

"Xalq Cəbhəsi" qəzetinin redaktor korpusu. Gərgin və əsəbi iş şəraiti. 2001-ci il.

 

Mahmudəli Çöhrəqanlı "Xalq Cəbhəsi" qəzetinin redaksiyasına qonaq gəlmişdi.

 

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru kimi "Press klub"dakı tədbirdə çıxış edirəm.

 

Tanınmış şair Vaqif Bayatlı ilə birgə. 2001-ci il.

 

Türkiyədə diaspor tədbirindəyəm. 2006-cı il.

 

Belə geyimdə olduğum yeganə şəkilimdi.

 

Artıq APA-nı yaratmışıq.

 

Strasburqa səfərə getmişəm. 

 

Strasburqda "Azərbaycan evi"nin rəhbəri Mustafa bəylə görüşdə.

 

Fransada. APA-nın Avropadakı müxbiri Fuad Qulubəyli ilə birgə.

 

İsrailin Azərbaycandakı keçmiş səfiri Artur Lenklə görüşərkən.

 

Türkiyə. Kayseridə Daxili Qoşunların rəhbərliyinin evindəyik.

 

APA-nın 5 yaşında kollektivin bir hissəsi ilə birgə.

 

Millət vəkili Qənirə Paşayeva ilə çox yaxşı rəfiqəyik

 

APA-nın 5 yaşını təbrik etməyə gələn qonaqlarla birgə. 

 

APA 5 il. Bütün gözlədiyim həmkarlarım orada idi.

 

APA-nın 5 yaşında sevincimin həddi-hüdudu yox idi. Özümüzə əl çalıram.

 

Moskvaya tədbirə getmişdik. Mətbuat Şurasının sədri Əflatun Amaşov fürsətdən istifadə edib məni Moskva ilə tanış etdi. 

 

Qazaxıstanın holdinqi ilə APA arasında müqavilə imzalanır. 

 

Atam, anam, bacılarımla birgə qardaşım Kamilin nişanındayıq.

 

"525-ci qəzet"in əməkdaşı İlhamə Qasımlının toyunda.

 

APA-Economics"in baş redaktoru Vüqar Mustafayevlə Astanada milli restorandayıq.

 

Bacılarım və bibim qızı ilə birgə.

 

Deputat, Ümid Partiyasının sədri İqbal Ağazadə ilə debata çıxmışam.

 

Bacım və uşaqlarımızla.

 

"Zaman-Azərbaycan"ın Avstraliyaya gedən rəhbəri Enes Cansever APA-nın qonağıdır. Onunla həm də ailəvi dostuq.

 

Dünyalar qədər sevdiyim anamla...

 

Həyat yoldaşım Edip Nabikoğlu, qızım Sara və mən.

 

Bişkəkdəyəm.

 

Bu şəkil məndən xəbərsiz Azərbaycan Media Mərkəzində debatda olduğum zaman çəkilib. Çox xoşuma gəlir.


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi