Modern.az

Bakiyev Qırğızıstanı qan gölünə qərq edəcək

Bakiyev Qırğızıstanı qan gölünə qərq edəcək

Dünya

12 Aprel 2010, 09:38

Qırğızıstanın devrilmiş prezidenti Kurmanbek Bakiyev onu öldürmək istəyənələrə açıq mesaj ünvanlayıb. Modern.az rus mətbuatına istinadən xəbər verir ki, Bakiyev qeyd edib ki, əgər onu öldürməyə cəhd edərlərsə, ölkəni qan gölünə qərq edəcəklər.  “Məni ələ keçirməyə çalışan hər kəsə xəbərdarlıq etmək istəyirəm: muzdlu killer olmayın, çünki bu, ölkəyə yalnız böyük fəlakət gətirəcək”,-deyə Bakiyev bildirib.

“Məni fiziki cəhətdən aradan götürməyə qərar versələr, biz Qırğızıstanı qan gölündə batırarıq, əgər onlar  gücə əl atsalar, mənim ətrafım buna imkan verməyəcək. Bu isə ölkədə qan tökülməsinə yol açacaq”,-deyə Bakiyev bildirib. “Ria-novosti” agentliyinə verdiyi müsahibədə Bakiyev baş verənlərə görə məsuliyyət daşıdığını bildirib. “Mənim ən böyük səhvim yaşananlara izin verməmdir”,-deyə Bakiyev deyib.     

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir