Modern.az

Yazıçı Kamal Abdulla ilə FOTOSÖHBƏT

Yazıçı Kamal Abdulla ilə FOTOSÖHBƏT

Fotosöhbət

18 Avqust 2015, 07:55

Kamal Abdulla 1950-ci il dekabrın 4-də Bakıda ziyalı ailəsində dünyaya gəlib. Atası müəllim, anası həkim olub. 1968-ci ildə 190 saylı orta məktəbi bitirib. 1968-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. SSRİ Dilçilik İnstitutunun "Türk dilləri" şöbəsinin əyani aspirantı (1973-1976) olub. 1977-ci ilin yanvar ayında Moskvada "Sintaktik paralelizm" ("Kitabi-Dədə Qorqud" dastanlarının dili üzrə) adlı namizədlik dissertasiyası müdafiə edib. Azərbaycan SSR EA Nəsimi adına Dilçilik İnstitutunun türk dillərinin müqayisəli tədqiqi şöbəsində kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışıb (1977-1984). Azərbaycan Televiziyasında 1983-cü ildən başlayaraq "Azərbaycan dili", "Qoşma", "Dəfinə" kimi aylıq ədəbi-bədii, elmi-publisistik verilişlərin müəllifi və aparıcısı olub. 1984-cü ildə Bakıda "Azərbaycan dili sintaksisinin nəzəri problemləri" adlı doktorluq dissertasiyası müdafiə edib.

 

1984-1987-ci illərdə Xarici Dillər İnstitutunun "Ümumi və Azərbaycan dilçiliyi" kafedrasının müdiri, professoru olub. 1990-cı ildən Azərbaycan Yaradıcılıq Fondunun sədridir. Elə həmin il "Rus dili və ədəbiyyatı" İnstitutunun Ümumi və rus dilçiliyi kafedrasının müdiri seçilib.1993-cü ildən 2000-ci ilədək Xarici Dillər İnstitutunun Ümumi və Azərbaycan dilçiliyi kafedrasının müdiri olub. 1994-1995-ci ildə Uludağ Universitetinin "Türk dili və ədəbiyyatı" bölümünün professoru kimi çalışıb.

 

2000-ci ildən Bakı Slavyan Universitetinin rektoru, Türk Dil qurumunun həqiqi üzvü, Ukrayna Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü və Rusiya PEN-klubun üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan Badminton Federasiyasının prezidentidir. Ədəbiyyat və dilçilik üzrə tanınmış mütəxəssisdir. Eyni zamanda türk xalqlarının qədim epik ədəbiyyatları sahəsində araşdırmalar aparır. Müxtəlif ölkələrin universitetlərində "ümumi dilçilik" və "mətn sintaksisi" fənləri üzrə mühazirələr və xüsusi kurslar deyir. ABŞ, Fransa, Rusiya, Türkiyə universitetlərində mühazirələrlə çıxış edir, bir çox beynəlxalq simpozium, konfrans və kollokviumların məruzəçisi və iştirakçısıdır. 100-dən çox məqalə və 30-dan çox kitabın müəllifidir. 2007-ci il aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. 29 noyabr 2007-ci il tarixində Rusiya Prezidenti V.V. Putin tərəfindən Puşkin medalı ilə təltif olunub. Azərbaycanda Humay mükafatını, "525-ci qəzet"in "İlin romanı" mükafatını, Monitorinq qrupunun "İlin ədəbiyyat adamı" adını alıb. Haqqında Azərbaycanda, Rusiyada, Fransada, Türkiyədə elmi və gündəlik mətbuatda yüzlərlə məqalə çap edilib.

 

2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə "Kavaler" ordeni ilə təltif olunub

 

 

 Uşaqlıq illərim...  Hələ ki pillələrlə tanış oluram...

 

Məktəb illəri... Çox gözəl bir gün idi. Hələ də xatirimdədir.

 

Məktəb illərindən növbəti bir xatirə...  

 

Orta məktəb dostları. "Nə xoşbəxt imişəm bir zaman, Allah...".

Bu da universitet illərimin şəkilidir. Orta məktəb yoldaşlarımla onlardan birinin bağında. 

 

 Cavanlıq... İnsan ömrünün hər çağı gözəldir.

 

Bursa. 1994. Uludağ Universitetinin Türk dili və ədəbiyyatı bölüm başkanı Prof. Dr. Coşkun Ak, xanımı, bölümün indi professoru Kərimə Üstünova, onun əri Mustafa Üstünovla piknikdə.

 

1994-cü il, Bursa, Uludağ Universiteti. Mənim əziz öyrəncilərimlə qazanılmış futbol matçından sonra.

 

Əziz elmi rəhbərim Ninel Zeynalovna Hacıyeva və görkəmli rus dilçisi, akademik Viktoriya Nikolayevna Yartseva ilə Bakı bulvarında.

 

Oljas Süleymenovla... Onu tanıtmağa ehtiyac yoxdur.

Orta məktəb dostum Aslanla..

1984-cü ildə Xarici Dillər Universitetində gənc alim kimi aspirantlarla mühazirəm.

 

Seyran Səxavət, Cavanşir Quliyev və Abas Abdulla və mən...

Unudulmaz dostum Həsən Turabov və Timurçin Əfəndiyevlə. 1990. İstanbul. Türk dünyası araşdırmaları vəqfinin həyəti. Şəkli Turan hoca çəkib.

İran, Tehran şəhəri. Beqdelinin evində.

Onu kim unudar?! - Aydın Məmmədov...

Ramiz Rövşən və Vaqif Bayatlı... Şair dostlar arasında.

 

Anar və Fərhad Bədəlbəyli ilə...

 

Fransa. Paris. Luvrun bir guşəsi. Azər Mustafazadə ilə.

 

Oğum Mehdi və Milli Olimpia Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə...

 

İtaliya. Bolonya. Bolonya Universitetinin rektoru ilə əməkdaşlıq müqaviləsi imzaladıqdan sonra.

 

Vilayət Quliyevlə Buninin məzarı önündə. Paris.

 

Orta məktəb müəlliməm Şərqiyə xanımla...

 

Vilayət Quliyevlə Varşavada. Bu cür gözəllikdən gözlərimizi çəkə bilmirdik...

 

Vaqiflə. YUĞ-da. Deyəsən, "Dəvə yağışı"nın premyerasından sonra. İndi Vaqif mənim "deyəsən" sözümə oralardan gülür...

 

Bakı Slavyan Universiteti. Ukraynanın eks-prezidenti Viktor Yuşşenko qonağımız idi.

 

Moskva. Rusiya Yazıçılar İttifaqı. "Qospodin doroqi" şeirlər kitabının təqdimat-müzakirəsi. Şeirlərin tərcüməçisi Alla Axundova çıxış edir.

 

Bakı. Fransız səfirliyinin Mədəniyyət mərkəzi. Mərkəzin rəhbəri "Yarımçıq əlyazma"nın fransız nəşrini təqdim edir.

 

Bakı. Savyan Universiteti. Yunanıstanın Prezidenti Konstantinos Stefanopulos, professor Fatma Abdullazadə ilə. Yunanıstan prezidentinə BSU-nun fəxri doktoru adının verildiyi mərasim.

 

Əziz dostum, böyük türk alimi, dilçi-filoloq Osman Fikri Sərtqaya ilə...

 

Dəfələrlə sərbəst güləş üzrə Avropa və SSRİ çempionu olmuş dostum Məmməd İbrahimov və oğlum Mehdi ilə məclislərin birində...

2002-ci il Roma Papası Azərbaycanda olarkən...

 

Böyük alim Azad Mirzəcanzadə ilə birgə yazdığımız "Bakı Slavyan Universitetində Mühazirələr" kitabının təqdimat  mərasimində. Çıxış edir professor Aydın Ələkbərli.

 

Yazıçılar Birliyi. Natəvan klubu. Anar mənimlə bağlı görüşü aparır... Deyəsən 60 yaşım münasibətilə keçirilən tədbir idi.

Doktor Cavd Heyətlə Bakı Slavyan Universitetində söhbət edirik...

 

ABŞ. Kolumbiya Universiteti. "Avrasiyaçılıq" mövzusunda məruzə edərkən...

 

 Gürcü teatrının Bakıya gətirdikləri "Kim dedi ki, simurq quşu var imiş..." tamaşasından sonra...

Dəqiq xatirimdə deyil, hansıa dövlət tədbiridir...

 

İki bölüm başqanı - Professor Rəşat Gənc və Kamal Abdulla -2004, İstanbul.

 

Venesiyada...

 

Əziz müəllimim, ağsaqqalım Ağamusa Axundovla.

 

Bolqarıstanın eks-prezidenti Jelyu Jelyevlə Bakı Slavyan Universitetində.

 

Roma "xərabəlikləri"...

 

Azərbaycan Yazıçılar Birliyi, şair Ramiz Rövşənlə.

Iki qadın Türk alimi, rus alimi bizim bağda yığışmışıq. Mən də kabab çəkirəm. Biz həmişə konfransların son yığıncağını bizim bağda edirik. Bu konfranslarda ən yadda qalan anlardan biri də məhz bu olur.  

 

Bolqarıstan Prezidenti cənab Pırvanov və xanımı ilə Bakı Slavyan Universitetində.

 

2007-ci il, İstanbul. Beynəlxalq kitab fuarı.

Dövlət səviyyəli tədbirdi. Ramiz Mehdiyev, Misir Mərdanov, Rusiya Dövlət Dumasını sədri Narışkin, Rusiyanın keçmiş təhsil naziri Fesunenko... Bakı Slavyan Universitetinə yığışmışıq. 

Millət vəkil, gözəl xanım Elmira Axundova ilə.

 

Dostum Rəşad Məcid... 


 

Düşüncələr adamı çox uzaqlara apara bilir...

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?