Arxiv
18 Avqust 2015, 07:55 | FOTOSÖHBƏT
Yazıçı Kamal Abdulla ilə FOTOSÖHBƏT

Kamal Abdulla 1950-ci il dekabrın 4-də Bakıda ziyalı ailəsində dünyaya gəlib. Atası müəllim, anası həkim olub. 1968-ci ildə 190 saylı orta məktəbi bitirib. 1968-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. SSRİ Dilçilik İnstitutunun "Türk dilləri" şöbəsinin əyani aspirantı (1973-1976) olub. 1977-ci ilin yanvar ayında Moskvada "Sintaktik paralelizm" ("Kitabi-Dədə Qorqud" dastanlarının dili üzrə) adlı namizədlik dissertasiyası müdafiə edib. Azərbaycan SSR EA Nəsimi adına Dilçilik İnstitutunun türk dillərinin müqayisəli tədqiqi şöbəsində kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışıb (1977-1984). Azərbaycan Televiziyasında 1983-cü ildən başlayaraq "Azərbaycan dili", "Qoşma", "Dəfinə" kimi aylıq ədəbi-bədii, elmi-publisistik verilişlərin müəllifi və aparıcısı olub. 1984-cü ildə Bakıda "Azərbaycan dili sintaksisinin nəzəri problemləri" adlı doktorluq dissertasiyası müdafiə edib.
1984-1987-ci illərdə Xarici Dillər İnstitutunun "Ümumi və Azərbaycan dilçiliyi" kafedrasının müdiri, professoru olub. 1990-cı ildən Azərbaycan Yaradıcılıq Fondunun sədridir. Elə həmin il "Rus dili və ədəbiyyatı" İnstitutunun Ümumi və rus dilçiliyi kafedrasının müdiri seçilib.1993-cü ildən 2000-ci ilədək Xarici Dillər İnstitutunun Ümumi və Azərbaycan dilçiliyi kafedrasının müdiri olub. 1994-1995-ci ildə Uludağ Universitetinin "Türk dili və ədəbiyyatı" bölümünün professoru kimi çalışıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv