Modern.az

Azərbaycanın Avstriyadan aldığı cins inəklər neçəyə başa gəlir?

Azərbaycanın Avstriyadan aldığı cins inəklər neçəyə başa gəlir?

12 Aprel 2010, 16:15

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti (ASC) Avstriyadan aldığı cins qaramalın ilk partiyasını aprelin 20-dək Azərbaycana gətiriləcək. “Aqrolizinq” ASC, Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Baytarlıq Xidmətinin əməkdaşlarından ibarət nümayəndə heyəti bu yaxınlarda Avstriyada olub və 300 baş cins inək seçiblər. Heyvanlar Azərbaycanda 20 gün karantin şəraitində saxlanıldıqdan sonra fermerlərə lizinqə veriləcək. Yay ayları havaların isti keçməsi ilə əlaqədar heyvanların növbəti partiyalarının gətirilməsinə avqustdan başlanacaq. Ümumilikdə, il ərzində ölkəyə Avstriyadan 900 baş cins inəyin gətirilməsi planlaşdırılır. Şərtlərə əsasən, heyvanlar fermerlərə 50 faiz güzəştlə satılır. Vəsaitin qalan 50 faizinin yarısı əvvəlcədən, digər hissəsi isə 3 il ərzində hissə-hissə ödənilməlidir.

Lakin nazirlik mətbata yaydığı məlumatda cins inəklərin qiymətini açıqlamayıb. Modern.az bunu aydınlaşdırmaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin mətbuat xidmətinə müraciət edib. Qurumun mətbuat xidmətinin rəhbəri Pirvəli Həsənov saytımıza bildirib ki, Avstriyadan bir baş inəyin alınması Azərbaycana təxminən 3500-3800 manata başa gələcək.

Qeyd edək ki, «Aqrolizinq» ASC  bundan öncə Almaniyadan cins inəklər almışdı. O zaman da Almaniyadan alınmış 1 heyvanın qiyməti 3600-3800 manat təşkil edirdi. Təhminə Paşayeva

 

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar