Modern.az

Avropada ən çox məscid hardadır? – Maraqlı

Avropada ən çox məscid hardadır? – Maraqlı

31 İyul 2013, 10:23


Modern.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrində məscidlərin sayı ilə bağlı maraqlı məlumatlar açıqlanıb. Məsələn Türkiyədə rəsmi olaraq 80686 məscid var. Bu, 75 milyonluq əhali üçün bu hər 900 nəfərə bir məscidin düşdüyünü göstərir.

9 milyon müsəlmanın yaşadığı Amerika Birləşmiş Ştatlarında isə 2106 məscid fəaliyyət göstərir. Müsəlman əhalinin il-ildən sürətlə artığını Nyu-Yorkda 140 məscid rəsmi fəaliyyət göstərir. 60 milyonluq əhalisinin 5 milyonu müsəlman olan Fransada dindarlar üçün 1500 məscid tikilib. Son 10 ildə ölkədə məscidlərin sayı iki dəfə artıb.

Böyük Britaniyada 2011-ci ildə keçirilən əhalinin siyahıyaalınmasında açıqlanana statistikaya əsasən ölkədə 2,7 milyon yaxud əhalinin 4,8%-i müsəlmandır. Onların dini ehtiyacını qarşılamaq üçün 1650 məscid fəaliyyət göstərir. London 100 məscidin yerləşdiyi şəhərdir.

Ümumiyyətlə, Böyük Britaniya Avropada İslama qarşı ən liberal və xoşməramlı ölkə sayılır. Adambaşına düşən məscidlərin sayına görə Bolqarıstan Avropada birinci yerdədir. 570 min müsəlman türkün və digər azlıqların yaşadığı 8 milyonluq ölkədə 1200 məscid var.

İtaliyada Qərbi və Cənubi Avropanın ən böyük məscidi olan Roma məscidi fəaliyyət göstərir. Məscid eyni vaxtda 1200 nəfərin ibadəti üçün nəzərdə tutulub. Ümumiyyətlə Avropanın istənilən paytaxt şəhərində ən azı 1 məscid fəaliyyət göstərir.

Yeganə istisna Yunanıstanın paytaxtı Afina şəhəri sayılırdı. Lakin hökumətin qəbul etdiyi proqrama əsasən, yaxın 5 ildə Afinanda 6 məscid tikiləcək. Şəhərdə 150 min müsəlmanın olduğunu nəzərə alaraq bu addımı atıb. Yunanların məscid tikintisinə əvvəllər əngəl olmasının səbəbi isə Osmanlı imperiyası dövründə türklərin həyata keçirdiyi islamlaşma siyasəti və kütləvi qətllər göstərilir.

Ümumiyyətlə ekspertlər 2013-cü ildə Avropada məscid tikintisinin rekord həddə çatacağını gözləyir. Bütün Avropada Belçikadan Yunanıstana, Norveçdən İspaniyayadək məscid tikintisi gözlənilir.

Avropadakı ən böyük məscidlərdən birini İrlandiyada tikiləcək. Paytaxt Dublindən 10 km şimalda yerləşən Klonqrifin şəhərində tikiləcək məscid ölkədə ən böyüyü olacaq. Belçikanın 3-cü ən böyük şəhəri Lyejdə nəhəng məscidin tikintisi başlanılıb. 11 min kv/m ərazini əhatə edəcək məscid min nəfərin birgə dua etməsi üçün nəzərdə tutulub. Məsciddə azan vermək üçün 18 metr hündürlüyündə minarə inşa olunacaq.

Almaniyanın Hamburq şəhərində köhnə Kapernaum kilsəsi ziyarətçilərinin olmaması səbəbindən məscidə çevriləcək.Qonşu Münhen şəhərində isə dəyəri 40 milyon avro olan məscid kompleksi tikiləcək. Rusiya Federasiyasında da məscidlərin sayı artmaqdadır. Lakin Avropadan fərqli olaraq Rusiyada müsəlmanlar min illər boyu yaşayıblar. 23 milyon müsəlman Rusiyanın əhalisinin 20%-ini təşkil edir. Təkcə Moskvada 2 milyon müsəlman yaşasa da cəmi 4 məscid fəaliyyət göstərir. Müsəlman təşkilatları isə şəhərə azı 50 məscidin lazım olduğunu bildirir.  

 

Vüqar İsmayılov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi