Modern.az

Azərbaycanda fərdi uçot sisteminə alınan əcnəbilər hansı ölkələrdəndi?

Azərbaycanda fərdi uçot sisteminə alınan əcnəbilər hansı ölkələrdəndi?

Ölkə

13 Aprel 2010, 11:21

Bu ilin birinci rübündə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində əlavə olaraq 498 nəfər əcnəbi vətəndaş uçota alınıb. Bi barədə Modern.az-a Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Beləliklə, 2010-cu il aprelin 1-nə olan statistikaya əsasən,  fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı 8513 nəfərə çatıb. Ümumilikdə 87 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında Тürkiyə vətəndaşları çoxluq təşkil edir- 4784 nəfər.

Rüb ərzində diğər ölkələrdən olan əcnəbilərin sayında da artım müşahidə edilib. Fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1248 nəfərə yüksəlib. Üçüncü yerdə gələn Rusiya Federasiyasınin vətəndaşlarının sayı isə 557 nəfər təşkil edir. Sonrakı yerlərdə İran İslam Respublikası (278 ), Hindistan (232), Bosniya və Hersoqovina (120), Çin Xalq Respublikası (103), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (90),  Filippin (84), Ukrayna (77), Pakistan İslam Respublikası (74), Qazaxıstan (65), Malayziya (64), Özbəkistan (63),  Almaniya (59), Türkmənistan (51), İtaliya (47), ABŞ (40) gəlir.

Qeyd edək ki, ölkəmizdə məcburi dövlət sosial sığortası sahəsində fərdi uçotun tətbiq olunması Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı, Azərbaycan Respublikasının mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin də məcburi dövlət sosial sığortasına cəlb olunması zərurətini ortaya qoyub. Bu zərurət beynəlxalq təcrübədən irəli gəlir. 2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılıb. Hazırda dövlət sosial sığorta sistemində fərdi uçotun daha da inkişafı üçün həyata keçiriən tədbirlərin istiqamətlərindən biri kimi Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlırləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması davam etdirilməkdədir. Bununla yanaşı, xarici ölkələrdə əmək miqrantları kimi çalışan Azərbaycan Respublikası vətəndaşlarının gələcək pensiya hüquqlarının qorunmasını təmin etmək və sosial müdafiəsinin gücləndirmək məqsədilə əlavə olaraq bir sıra digər ölkələrlə də beynəlxalq müqavilələrin bağlanılması üzrə təkliflər hazırlanır. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür