Modern.az

SSRİ-nin Hollivuda bəxş etdiyi 10 ulduz - FOTOLAR

SSRİ-nin Hollivuda bəxş etdiyi 10 ulduz - FOTOLAR

İqtisadiyyat

3 Avqust 2013, 11:29

XX əsrin əvvəllərindən kino sənayesinin mərkəzinə çevrilən Hollivud dünya kinosunda hegemonluq edir. Hollivud istehsalı olan filmlər dünya prokatında yüz milyonlarla gəlir qazandırır. Bu filmlərdə tez-tez valideynləri və ya özləri keçmiş SSRİ-də anadan olmuş aktyorlara rast gəlmək olar. Modern.az saytı keçmiş SSRİ məkanın doğulub, Hollivud ulduzuna çevrilən 10 aktyoru təqdim edir.


10. Olqa Konstantinovna Kurilenko
. 1979-cu il noyabrın 14-də Ukraynanın Berdyansk şəhərində anadan olub. Milliyətcə ukraynalıdı. 18 yaşınadək Fransada model kimi müxtəlif agentliklərdə çalışıb. Glamour, ELLE, Marie Claire və Vogue kimi jurnalların üz qabığında çəkilib. İlk kino təcrübəsi 2005-ci ildə çəkilən fransız filmi olan “Sevgi üzyü” olub. Sonradan “Paris, mən səni sevirəm” filmindəki qısa filmlərdən birində epizodik rol oynayıb. Ona məşhurluq gətirən rol isə 2008-ci ildə çıxan “Mərhəmət Kvantı” filmi oldu. İngilis agenti Ceyms Bondun macəralarından bəhs edən film silsiləsinin davamı olan bu əsərdə Olqa Kurilenko agent 007-nin rəfiqəsi rolunu oynayır. 200 milyon dollara başa gələn film dünya prokatında 586 milyon dollar gəlir əldə edir. Tom Kruzla yenicə ekranlara çıxan “Oblivion” filmində iştirak edən Olqa Kurilenko hazırda ən bahalı Çin filmi hesab olunacaq “Dərin imperiyalar” filmində iştirak edir. Filmin 2014-cü ildə ekranlara çıxacağı gözlənilir.


9. Mila Yovoviç
. 1975-ci il dekabrın17-də Ukraynada - Kiyev şəhərində anadan olub. Milliyətcə serbdi. Atası serb həkimi Boqdan Yovoviç, anası isə rus aktrisası Qalina Loginovadı. 1980-ci ildən SSRİ-ni tərk edən ailə Amerikaya köçür. Burada modellik fəaliyyətinə başlayan Mila Yovoviç Hugo Boss, Calvin Klein, Guess model evlərində işləyir. İlk dəfə 1988-ci ildə “İki ayın qovuşması” filmində çəkilir. Sonralar bir neçə filmdə rol alır. Onu şöhrətləndirən film 1997-ci ildə ekranlara çıxan “Beşinci Element” filmi olur. Fransız rejissoru Lyuk Bessonun Brüs Uillis baş rolda olmaqla çəkdiyi filmdə Yovoviç aktyor oyunu ilə diqqəti özünə çəkir. 2002-ci ildə həyat yoldaşı Pol Andersonun çəkdiyi “Şərin Qənimi” filmi ilə kino karyerası yeni mərhələyə keçir. Sonradan 2004, 2007, 2010 və 2012-ci ildə bi film davamlarında çəkilir. 2014-cü ildə “Şərin Qənimi 6” filmini çıxacağı gözlənilir.


8. Silvestr Stallone.
Milliyətcə italyandı. 1946-cı il iyulun 6-da Amerikanın Nyu-York şəhərində İtaliyanın Siciliya adasından köçən Frenk Stallonenin ailəsində doğulub. Silvesrt Stallonenin anası Jaklin Leybofiş isə yəhudi mənşəlidi. Onun valideynləri Amerikaya Ukraynanın Odessa şəhərindən köçmüşdülər. 30 yaşına qədər müxtəlif sahələrdə çalışan Stallone 1976-cı ildə ekran üzü görən “Rokki” filmi ilə məşhurlaşır. “Rokki” və “Rembo” film silsilələri 90-cı illərdə bir sıra uğusuz filmlərlə nəticələnir. Döyüş filmlərindəki obrazını dramatik rollarla əvəzləmək istəyən aktyor bu sahədə uğur əldə edə bilmir. Yenidən dpyüş filmlərinə dönüş edən Silvestr Slallonenin karyerası yenidən yüksəlişə doğru gedir. Ən azından son “Məğlubedilməzlər” filmi bunu sübut edir.


7. Vera Farmiqa.
Milliyətcə ukraynalıdı. 1973-cü il avqustun 6-da Nyu York ştatının Passeik şəhərində anadan olub. Valideynləri Qərbi Ukraynadan olan Mixail və Lyubov Farmiqadı. 1996-cı ildə Brodveydə teatr səhnəsində debüt edən Farmiqa 90-cı illərin sonlarından kinolara çəkilməyə başlayır. Aktrisa 2006-cı ildə 4 “Oskar” o cümlədən “İlin ən yaxşı filmi” nominasiyasında qalib gələn “Qanunu pozanlar” filmi ilə diqqəti çəkir. Farmiqanın “ulduz saatı” isə 2010 cu ildə çəkildiyi “Mən də səmaya istərdim” filmi olur. O, roluna görə “İkinci plan ən yaxşı aktrisa” nominasiyasında “Oskar”a namizəd göstərilir. Onun iştirakı ilə yenicə ekranlara çıxan “Lənət” filmi isə kinoteatrlarda nümayişdən böyük məbləğdə maliyyə qazanıb.


6. Natali Portman
. Milliyətcə yəhudidi. 1981-ci il iyunun 9-da İsrailin Qüds şəhərində anadan olmuşdu. Atası Avner Herşlaq Moldovanın patyaxtı Kişinyov şəhərində anadan olmuşdu. Anası isə Avstriya-Macarıstan yəhudilərindən idi. Əsl soyadı Herşlaq olsa da Natali nənəsinin soyadını götürərək bütün dünyada məşhur olur. 1994-cü ildə 13 yaşlı Portman fransız rejissoru Lyuk Bessonun “Leon” filmində çəkilir. Jan Reno və Qarri Oldmanla baş rolları paylaşan yeniyetmə Portman aktyor oyunu ilə onlardan heç də geri qalmır. 90-cı illərdə bir çox filmlərdə rol alan Natali Prtman aktyor sənəti ilə yanaş elmlə də məşğul olur. Harvard Universitetinin psixologiya fakultəsini bitirən Portman 2005-ci ildə böyük qalmaqal yaradan “V-Vendetta deməkdi” filminə çəkilir. 2010-cu ildə aktrisa bəlkə də ən əsasrolunu oynayır. “Qara Qu Quşu” psixoloji trillerindəki balerina roluna görə “Oskar” “Qızıl Qlobus” və “BAFTA” mükafatlarını qazanır. Sonradan çəkildiyi “Tor və “Tor 2” filmləri ümumilikdə dünya prokatında 900 milyon dollar gəlir əldə edir.


5. Anton Yelçin.
Milliyətcə yəhudidi. 1989-cı il martın 11-də SSRİ-nin ikinci ən böyük şəhəri olan Leninqrad şəhərində anadan olub. Valideynləri Viktor Yelçin və İrina Korina professional fiqurlu xizəksürən olublar. Uşaq yaşında ikən Anton Yelçin ailəsi ilə Amerikaya köçür. 90-cı illərin sonlarından uşaqlar üçün nəzərdə tutulan teleseriallarda çəkilir. Kino aləminin diqqətini 2006-cı ildə real faktlara əsaslanan “Alfa Doq” kriminal dramı ilə çəkir. 2009-cu ildə “Ulduz Yolu” filmində və həmən il “Terminator 4” filmlərində yer alan Yelçinin mütəxəsislər tərəfindən ən ümidverici gənc aktyorlardan hesab olunur.


4. Kirk Duqlas
. Milliyətcə yəhudidi. 1916-cı il dekabrın 9-da Amerikanın Nyu-York ştatının Amsterdam şəhərində anadan olan Kirk Duqlasın əsl adı İser Demski olub. Onun valideynləri Gerşl Demski və Brayna Sanqlel Amerikaya 1906-cı ildə Belarusun Qomel şəhərindən köçmüşdülər. 40 yaşına qədər boksla məşğul olan İser Demski adını Kirk Duqlasa dəyişərək 1949-cu ildə boksçuların həyatından bəhs edən “Çempion” filminə çəkilir. 1958-ci ildə “Vikinqlər” filmi onun uğurunu möhkəmləndirir. Aktyor karyerasının zirvəsi isə SSRİ-də də çox məşhur olan və 1960-cı ildə Stenli Kubrik tərəfindən çəkilən “Spartak” filmi ilə qazanır. 80-ci illərdən başalayraq film çəkilişlərini dayandıran aktyor xeyriyyəçiliklə məşğul olur. 2011-ci il “Oskar” kinomərasimində Kirk Duqlas kino xidmətlərinə görə fəxri “Oskar” mükafatı ilə təltif edilir. Kirk Duqlasın oğlu Maykl Duqlas da atasının yolu ilə gedərək aktyor olub.


3. Mila Kunis.
Milliyətcə yəhudidi. 1983-cü il avqustun 14-də Ukraynannın Çernovçı şəhərində anadan olu. 1991-ci ildə SSRİ-ni süqutundan biz az əvvə ltərk edən ailə Amerikaya üz tutur. Buna baxmayaraq Mila Kunis rus dilində kifayət qədər sərbəst danışa bilir. Amerikada 1994-cü ildən reklam çarxlarında çəkilən Kunis həmin ildən teleseriallara dəvət alır. 1999-cu ildə Ameikada çox məşhur olan “Qriffinlər” cizgi filminindəki obrazlardan birini səsləndirən Mila Kunis 2001-ci ildən bədii filmlərə çəkilməyə başalyır. 2008-ci ildə “Maks Peyn”, 2010-cu ildə “İlayın Kitabı” filmləri ilə məşhurlaşır. Darren Aronofskinin “Qara Qu Quşu” filmində Natali Portmanın tərəf müqabili kimi çıxış edir. Bu obraza görə Venesiya kinofestivalında gənc aktrisalara verilən “Marçello Mastroyanni” mükafatını qazanır. 2013-cü ildə onun iştirakı ilə “Oz:Böyük və Dəhşətli” filmi ekranlara çıxır. Dünya prokatında film 490 milyon dollar gəlir toplayır. Hollivudun ən populyar və cazibədar aktrisalarından olan Mila Kunis hazırda “Yupiterin Yüksəlişi” filmində çəkilir.


2. Leonardo Di Kaprio.
Milliyətcə almandı. 1974-cü il noyabrın 11-də Amerikanın Los-Anceles şəhərində anadan olub. Atası alman əsilli olsa da, ana tərəfdən Di Kaprionun nənəsi SSRİ-də anadan olan Yelena Smirnova rus əsilli idi. 2010-cu ildə Moskvada Vladimir Putinlə görüşən Leonardo Di Kaprio əslində ana babasının da rus olduğunu bildirib.
“Ona görə mən dörddə bir yox, yarıya qədər rusam” deyə o bildirib. 3 yaşından uşaq tele şoularında iştirak edən Di Kaprio 90-cı illərdə ölkəmizdə məşhur olan “Santa Barbara” serialında rol alır. 1993-cü ildə “Hilbert Hreypi nə narahat edir?” filmindəki ruhi xəstə rolu ilə məşhurlaşır. Bu rol ona “Oskar” nominasiyası gətirir. Ümumilikdə Leonardo Di Kaprio 3 dəfə “Oskar” almağa namizəd olub. 1997-ci ildə “Titanik” filmindəki obrazı ilə onu bütün dünya tanıyır. Bundan sonra “Çimərlik”(2000), “Bacarsan tut məni”(2002), “Aviator”(2004), “Qanlı Almaz”(2006), “Lənətlənmişlər adası”(2010), “Başalnğıc”(2010), “Con Edqar” (2011), “Azad olunmuş Canqo”(2012) və “Böyük Getsbi”(2013) filmləri ilə Hollivudun ulduzu stasusunu təsdiqləyir. Qlobal istiləşməyə qarşı mübarizə aoaran ictimai təşkilatların aktiv üzvü olan Leonardo Di Kaprio hal-hazırda tez-tez əməkdaşlıq etdiyi canlı əfsanə Martin Skorsezenin “Uoll Stritli canavar” filmində çəkilir. Filmin 2013-cü ilin sonlarında ekranlara çıxacağı gözlənilir.


1.Dastin Hoffman
. Milliyətcə yəhudidi. 1937-c ildə Amerikanın Los-Anceles şəhərində anadan olub. Anası Lilian Qold əslən Rumıniya yəhudilərindən idi. Ata Harri Hoffman isə Ukraynanı Kiyev şəhərində anadan olmuşdu. 20-ci illərdə Amerikaya köçərək ticarətlə məşğul olmuşdular. 1967-ci ilədək 30 yaşlı Dastin Hoffman musiqi və teatr sənətində özünü sınamışdı .1967-ci il onun taleyində həlledici olur. Belə ki, tısadüf nəticəsində onun kimi Rusiya yəhudisi Maykl Nikolsla( əsl soyadı Paşkovski) tanış olur. Onun “Məzun” filmində baş rol alır. Dövrünün dindar Amerikasında böyük qalmaqal yaradan film gənc tələbə oğlanla sevdiyi qız və onun anası arasındakı sevgi üçbucağından bəhs edir. Tanındıqdan sonra ona müxtəlif filmlərdə çəkilmək təklifləri gəlir. 1979-cu ildə məişət dramı sayılan və cəmiyyətdəki dəyişiklikləri əks etdirən “Kramer Kramerə qarşı” filmi ilə nüfuzunu möhkəmləndirir. Baş rol ifasına görə ilk ”Oskar”      mükafatını da bu rola görə əldə edir. 1981-ci ildə “Tutsi” filminə çəkilərək özünü yeni komedik ampuada sınayır. 1988-ci ildə “Yağış Adamı” filmindəki autist xəstə roluna görə ikinci dəfə “Oskar” mükafatı əldə edir. Sonrakı illərdə özünü kirinal, drama, triller və komediya kimi müxtəlif janrlarda sınayan aktyor hələ də kinolara çəkilməkdə davam edir. Əfsanəvi aktyor 2012-ci ildə “Kvartet” filmini çəkməklə rejissorluq debütu etmişdi.        

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu