Modern.az

Yaxın 3 gün ərzində gözlənilən hava şəraiti: leysan yağacaq

Yaxın 3 gün ərzində gözlənilən hava şəraiti: leysan yağacaq

13 Aprel 2010, 12:54

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında aprel 13-də hava şəraitinin buludlu olacağı, arabir açılacağı, səhər bəzi yerlərdə zəif dumanlı, çiskinli keçəcəyi axşama doğru isə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyinin sürəti 9-14 m/s olacaq, gündüz arabir 15-18 m/s təşkil edəcək, yarımadanın bəzi yerlərində 20-23 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 6-8 dərəcə isti, gündüz 12-14 dərəcə isti təşkil edəcək.

Aprel 14-də hava şəraitinin buludlu keçəcəyi, axşam bəzi və gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyinin sürəti 10-15 m/s olacaq, gündüz şimal-şərq küləyinin sürəti 8-13 m/s təşkil edəcək. Havanın temperaturu gecə 6-8 dərəcə isti, gündüz 10-12 dərəcə isti təşkil edəcək.

Aprel 15-də hava şəraitinin dəyişkən buludlu əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyinin sürəti 8-13 m/s olacaq, gündüz arabir 15 m/s təşkil edəcək. Havanın temperaturu gecə 5-8 dərəcə isti, gündüz 10-13 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında aprel 13-də arabir yağış yağacağı, gecə və axşam bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s təşkil edəcək, gündüz ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 7-9 dərəcə isti, gündüz 15-18 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə isti, gündüz 6-11 dərəcə isti təşkil edəcək.

14-15 apreldə yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, 15-də gündüz əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyinin surəti 5-10 m/s təşkil edəcək.
Havanın temperaturu gecə 7-9 dərəcə isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti təşkil edəcək.

Milli Hidrometeorologiya Departamentinin xəbərdarlığına görə, aprelin 12-də axşamdan 15-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və axşam saatlarında bəzi yerlərdə leysan xarakterli olacağı, yağışın yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi 13-də arabir 18-23 m/s-dək güclənəcək. Temperatur tədricən 3-6° aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Tibbi-meteoroloji proqnoz: 13-14 apreldə Abşeron yarımadasında qeyri-sabit və rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, 15-də əksər meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün nisbətən əlverişlidir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər