Modern.az

Əbülfəs Qarayev: “50 otelə lisenziya verilməyəcək”

Əbülfəs Qarayev: “50 otelə lisenziya verilməyəcək”

Ölkə

13 Aprel 2010, 14:25

Bu gün “Hyatt Recensy” otelində  “2010-2014 –cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı tədbir keçirilib. Tədbirdə mədəyiyyət və turizm naziri Əbülfəs Qarayev, digər dövlət qurumları və turizm sənayesinin nümayəndələri iştirak edib. 

Əbülfəs Qarayev bildirib ki, “2010 -2014-cü illərdə turizm inkişafına dair Dövlət Proqramı” ölkədə turizmin rastlaşdığı problemlərin həll edilməsi və turizm sahəsinin daha da inkişaf edtdirilməsinin təmin edilməsi üçün hazırlanıb: “Bu turizm sənayesinin inkişafı üçün gözlənilən bir proqram idi. Əsas məqsədimiz Azərbaycanda turizmin dayanaqlı inkişfını təmin etmək, həmçinin turizmi aparıcı sahələrdən birinə çevirməsinə nail olmaqdır. Həmçinin Azərbaycanda turizm zonlarınınn yaradılmasına önəm veriləcək. Daxili statistikanı müəyyən etmək çətin olduğundan, bunun üçün də müəyyən tədbirlər görəcəyik”.

Nazir qeyd edib ki, Azərbaycanda turistlərin yerləşdirilməsi dinamik surətdə inkişaf edir. 2002-ci ildə ölkədə fəaliyyət göstərən mehmanxana və mehmanxan tipli müəssisələrin sayı 94 olduğu halda, ötən dövr ərzində onların sayı 370-ə çatıb. Nazir onu da əlavə edib ki, 50 otelə lisenziya verilməyəcək: “Həmin otellər mehmanxana statusunu almaq səviyyəsində deyil. Lisenziya qaydalarına ciddi fikir verəcəyik”.

Bununla yanaşı, Əbülfəs Qarayev Turizm İnsitutunun bitirən tələbələr üçün də geniş imkanlar yaradıldığını söyləyib. Bu insitutu bitirən 300 tələbəyə əlverişli imkanlar yaradılıb. Mədəniyyət və Turizm Nazirliyinin Statistika və lisenziyalaşdırma sektorunun müdiri Mail Qəhrəmanov deyib ki, Azərbaycanda əvvəllər kadr hazırlığı çox aşağı səviyyədə olub: “Turizm sahəsində irəliləyişlər çox az idi. Ancaq “2002-2005-ci ilərdə turizmin inkişafına dair Dövlət Proqramı” qanunvericilik bazasını daha da möhkəmlətdi. Turizmin inkişafına təkan verdi. Ümumdünya Turizm Təşkilatlarının, Türkiyə, Yunanıstan və digər ölkələrin dəstəyi ilə təlim proqramları keçirilib. 25 ölkə ilə saziş imzalanıb. 28 ölkə ilə saziş lahiyəsi hazırlanıb”.

Mail Qəhrəmanov vurğulayıb ki, əvvəlki illərə nisbətən Azərbaycana gələn turistlərin sayı artıb. Ölkəmizə gələn turistləri sayı çoxalıb. 2009-cu ildə Azərbaycana gələn xarici turistlərin sayı 1 milyon 830 min 367  nəfər olub.

 

Təhminə Paşayeva

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir