Modern.az

7 qəzet və 1 jurnal «reket nəşr» elan edilib

7 qəzet və 1 jurnal «reket nəşr» elan edilib

Media

13 Aprel 2010, 14:43

Bu gün Azərbaycan Mətbuat Şurasında MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sədrliyi ilə «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının növbəti iclası keçirilib. Modern.az-ın məlumatına görə, V.Rəhimzadə bildirib ki, ilin əvvəlindən şikayətlərə baxılmaq üçün komissiyaya təqdim olunan məktubların sayı 20-dən çoxdur. O, həmin şikayətlər əsasında toplanmış materiallar barədə məlumat verib. Müzakirələrdən sonra 7 qəzet və 1 jurnalın «reket nəşr» elan olunaraq, 1 qəzetə isə ciddi xəbərdarlıq edilərək adlarının «qara siyahı»ya salınması barədə rəyə gəlinib. Digərləri barədə araşdırmaların davam etdirilməsi zəruri sayılıb. Şuranın Katibliyinə rəylərdə əksini tapan məsələlər barədə MŞ-nin İdarə Heyətinə ümumiləşdirilmiş təqdimat hazırlamaq həvalə edilib. Qeyd edək ki, Mətbuat Şurasına daxil olan şikayətlər müvafiq qismi qurumun Katibliyi və Şikayətlər üzrə Komissiyasının tövsiyyəsinə uyğun olaraq «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasında nəzərdən keçirilir. Komissiya həmin məsələlərlə bağlı rəylər çıxarır, təkliflərini verir, həmin sənədlər son mərhələdə Şuranın İdarə Heyətində dəyərləndirilir. İdarə Heyəti prosedur qaydalara əsasən yekun qərarlar çıxarır. Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə Modern.az-a deyib ki, İdarə Heyəti bir həftə ərzində

«Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının təqdimatına baxacaq. Əgər İdarə Heyəti təqdimatı təsdiqləsə, onda 7 qəzet və 1 jurnalın «reket nəşr» elan olunacaq və onların adları ictimaiyyətə açıqlanacaq.

Əks halda adlar açıqlanmayacaq. Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi