Modern.az

Bir əsgərimiz ölüb

Bir əsgərimiz ölüb

Ölkə

14 Aprel 2010, 12:36

Müdafiə Nazirliyinin Gəncədə yerləşən "N" saylı hərbi hissəsində qulluq edən 18 yaşlı Sənan Ələmdar oğlu Cəfərov naməlum səbəbdən dünyasını dəyişib. Əsgərin yaxınlarının ANS-ə verdiyi məlumata görə, S. Cəfərov 2010-cu ilin yanvar ayında Beyləqan Rayon Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Onun meyiti dünən axşam saatlarında hərbi hissədən tapılıb. Yaxınlarının məlumatına görə, əsgər plevrit xəstəliyindən (qabırğa altına su yığılması red. ) həyatını itirib. Artıq əsgərin meyiti evinə göndərilib.

Gəncə Hərbi Prokurorluğu faktı təsdiqləyib. Prokurorluqdan bildirilib ki, meyitin xarici müayinəsi zamanı hər hansı bir zorakılıq əlaməti aşkar olunmayıb. Meyit daha sonra daxili müayinə üçün tibbi ekspertizaya göndərilib. Ekspertizanın nəticəsinə görə, əsgər xəstəlk nəticəsində dünyasını dəyişib.
Faktla bağlı Hərbi Prokurorluqda AR CM-nin 342-ci (Qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir