Modern.az

Bakı şəhər Baş Polis İdarəsindən paytaxt əhalisinə xəbərdarlıq

Bakı şəhər Baş Polis İdarəsindən paytaxt əhalisinə xəbərdarlıq

14 Aprel 2010, 12:54

2010-cu ilin parlament seçkiləri ili olduğunu nəzərə alaraq, Bakı şəhər Baş Polis İdarəsi paytaxt sakinlərini şəxsiyyət vəsiqəsinin alınması və müəyyən səbəblərdən qüvvədən düşmüş hesab edilən vəsiqələrin dəyişdirilməsi istiqamətində fəal olmağa çağırıb.
Modern.az xəbər verir ki, idarənin internet saytında yerləşidirilən müraciətdə bildirilib:

"Bakı şəhər BPİ Rayon Polis idarələrinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi xidmətləri bu işi sürətləndirmək və vətəndaşlara hər cür kömək etmək üçün səfərbər olunmuşlar. Mövcud qanunvericiliyə görə, vətəndaş 16 yaşına çatdıqda şəxsiyyət vəsiqəsi almalıdır. 25, 35, 50 yaşına çatdıqda, soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti dəyişdikdə, şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, vəsiqə yararsız hala düşdükdə və ya itdikdə Şəxsiyyət vəsiqəsini bir ay ərzində dəyişdirməlidir. Nəzərdə tutulmuş hallarda və müddətdə Şəxsiyyət vəsiqəsi dəyişdirilmədikdə, qüvvədən düşmüş hesab edilir. Qanunvericiliyə əsasən, şəxsiyyət vəsiqəsi hər bir vətəndaşın və ya onun qanuni nümayəndəsinin ərizəsi, doğum şəhadətnaməsi, vətəndaşın fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda AR vətəndaşlığını təsdiq edən sənədlər əsasında, ərazi üzrə Q və ŞV xidmətləri tərəfindən, müraciətdən ən geci 10 gün keçənədək verilir".
 
Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi